Page 63 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 63

* * *

                         Ehh, insan dərdləri, insan dərdləri...
                         İlahi, Sən...
                         İlahi, Siz...
                         Heç billmirəm necə xitab etməli...
                         Ey aliləri,
                         cəhənnəmdə bir qazan
                         cənnətdə bir şəlalə
                         yetir ayırmağa yaxşını pisi?


                         Ehh, insan nifrəti, insan sevgisi...
                         İlahi, Sən...
                         İlahi, Siz...
                         Ey Aliləri,                                                     Şeirlər
                         Biz –
                         vur-tut bir ömrü olan
                         doğan, öldürən
                         ağlayan, gülən,                                                 Aysel Əlizadə.
                         döyüşən, qucaqlaşan
                         yatıb, duran,
                         yeyib, yatan
                         təkrarçılardan başqa
                         bir şey deyilik.
                         Dəyərmi bundan ötrü
                         Allah  olmağa?










                                                                                 63
   58   59   60   61   62   63   64   65   66   67   68