Page 62 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 62

Gənc yazarların ədəbiyyat almanaxı








                             qopmaq sənə çətindi.
                             Keçmiş kölgə kimi düşür yanaqlarına
                             sən utananda üzün qızarmır,
                             göyərir,
                             qaralır.
                             Sən utananda ölkəmin tarixi
                             gözümdə canlanır.
                             Sən acımırsan Somalidən gələn xəbərə,
                             soyuqsan ölənlərə.
                             Sən çox ölüm görmüş kimisən,
                             bütün dünyanı basdırıb gəlmiş
                             tarixin dibindən cücərmiş  kimisən...
                             Hər sözündə dünyanın önü var, sonu yox...



                             * * *
                             Sənsiz açılır səhər...
                             Sənsiz doğur günəşim.
                             Tutqun, küskün dayanır
                             sənsiz, boğuq günəşim.


                             Mən elə əvvəlkitək
                             yerimdə fırlanıram.
                             Mən nə sənlə, nə də tək...
                             gecədən utanıram.









               62
   57   58   59   60   61   62   63   64   65   66   67