Page 85 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 85
* * *
Qoynuna girdiyin torpaqdır
indi sevgilin.
Aranıza girməyə nə həddim?!
Səni
bircə ona qısqanmadım,
xoşbəxt olun,
şəhidim!
* * *
Darıxdım gün uzunu,
yolboyu, küçəboyu.
Saat əqrəbi istiqamətində,
düşündüm durdum səni.
Bağışla... yordum səni.
Gün batdı, gecə gəldi, Şeirlər
gəldi utana-utana:
"Mən nə deyim bu qadına?!"
...Darıxdım gecəgözü,
başıma düşdün bu gecə, Elnaz Eyvaz.
daş kimi...
Kişi kimi sevdim səni,
balam kimi əzizləyib,
güvəndim qardaş kimi...
* * *
Heç kimə bənzəmirsən,
heç kimə...
hardan, necə, bilmirəm,
yol elədin qəlbimə...
Səndən bircə ricam var:
85