Page 87 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 87

bir az da özgənin, yadın.
                               Gözlərimə əksin düşüb,
                               dilimə yansıyıb adın.
                               Nə yaxşı ki varsan, Adam,
                               bir az gec oldu, bilirəm,
                               bir az yaralı yerimdir,
                               amma olsun... yenə şükür,
                               xeyli şadam...



                               * * *
                               Mən Səni belə sevmişəm:
                               ruhundan bədənə kimi.
                               Allah Sənə ömür versin,
                               mən ölüb gedənə kimi...

                                                                                         Şeirlər
                               * * *
                               Hardan biləsən ki,
                               necə öldürür adamı
                               darıxmaq?                                                 Elnaz Eyvaz.
                               Döyüş də uzaqdan belə görünür:
                               qurbansız, asan!
                               Axı Sən heç vaxt
                               Səndən ötrü darıxmamısan...















                                                                                 87
   82   83   84   85   86   87   88   89   90   91   92