Page 89 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 89

Azala-azala yox olur adam


                               Başqasının bətnində yaransa da,
                               öz içində doğulur adam...

                               Yaşayır...
                               Havası çatmır,
                               həm istidən,
                               həm soyuqdan,
                               vardan,
                               yoxdan,
                               sevgidən,
                               sevgisizlikdən,
                               kədərdən,                                                 Şeirlər
                               sevincdən...
                               bir sözlə,
                               içdən-içdən əzab çəkir,
                               boğulur adam…                                             Elşad Ərşadoğlu.
                               Ancaq ən pis,
                               dostların,
                               yaxınların sevgisindən yıxılır adam.
                               Elə yıxılır ki,
                               çilik-çilik olub öz içinə dağılır adam.
                               Sonra da
                               qırıntılarını yığıb toplamağa çalışır öz içində.
                               Neyləsə də
                               bir qırıntısı da olsa, kəm gəlir hər dəfə.
                               Hər dəfə bir qırıntı,
                               bir hissə azalır,
                               çıxılır adam.

                                                                                 89
   84   85   86   87   88   89   90   91   92   93   94