Page 147 - Əlifba
P. 147

MÜƏLLİM


               Bütün peşәlәr şәrәflidir. Müәllim peşәsi peşәlәrin әn şәrәflisidir. Müәllim
            bizә yazmağı, oxumağı, hәyatı anlamağı oyrәdir. Bu biliklәr hәyatımız boyu
            bizә dayaq olur, cәmiyyәtdә layiqli yer tutmağımıza kömәk edir.
               Azәrbaycanda müәllimә xüsusi hörmәtlә yanaşırlar. Әmәli, biliyi ilә
            seçilәn  hörmәtli adamlara «müәllim» deyә müraciәt edirlәr.

               Müәllimdәn öyrәndik
               Oxumağı, yazmağı,
               Qәlbimizin sәsinә                               Àçÿðáàéúàí äèëè

               Hәr an qulaq asmağı.


               O, yeni hәyat verir
               Hәr kәlmәyә, hәr sözә.
               Yerin, göyün sirrini
               Odur öyrәdәn bizә.


               Hamımıza sevdirir
               Ana yurdu o insan.
               Qәlbimizdә hәmişә
               Yanan nurdu o insan!

                         Rafiq Yusifoğlu

            1. Nәyә görә müәllimә xüsusi hörmәtlә
              yanaşırlar?                                                  Sözlük
            2. Müәllim bizә nә öyrәdir?
            3. «cәmiyyәt» sözünün mәnasını izah et.          cәmiyyәt – bizi әhatә edәn
            4. «lәyaqәtlә», «başıuca», «qürurla» söz -       insanlar
              lәrinә uyğun cümlәlәr qur.

            5. Şeiri öyrәn.


                Dәftәrinә köçür


               Mәn dә böyüyәndә müәllim olacağam.

            Uşaqlarda elmә, biliyә, kitaba sevgi vә maraq

            oyadacağam.



                                                                                              147
   142   143   144   145   146   147   148   149   150   151   152