Page 145 - Əlifba
P. 145

әlindәn tәngә gәlib, onu evin bir küncündә әylәşdirdilәr, xörәyini saxsı qaba
            töküb әlinә verdilәr.

               Amma baba xörәk yeyәndә әli yenә әsdi, boşqabı saxlaya bilmәdi, qab
            yerә düşüb sındı.

               Gәlin bәrk qәzәblәndi. Qoca isә dinmәdi, başını aşağı salıb dәrindәn ah
            çәkdi.

               Babaya yemәyi indi dә taxta boşqabda vermәyә başladılar.
               Bir gün babanın beşyaşlı nәvәsi taxtadan nә isә düzәldirdi.

               Anası soruşdu:
               – Neylәyirsәn, oğlum?

               Uşaq cavab verdi:
               – Boşqab düzәldirәm.

               – Boşqab nәyinә gәrәkdi, a bala? Mәgәr boşqabımız yoxdu?
               – Var, amma taxta boşqabımız bircә dәnәdi. O da babanındı. Atamla sәn

            qocalanda, sizә xörәyi bu qabda verәcәyәm.
               Әrlә arvad bir-birinin üzünә baxdılar, sәhvlәrini anlayib başlarını aşağı

            saldılar. Babanı masanın başına dәvәt etdilәr vә o gündәn xörәyi bir yerdә
            yedilәr.

                                                                                Qrin qardaşları



            1. Babanın çox qoca olduğu hekayәnin hansı cümlәlәrindәn bilinir?
            2. «tәngә gәlmәk» ifadәsini әvәz edәn sözü tap.
            3. Gәlininin vә oğlunun babaya münasibәti necә idi?
            4. Nәvәnin sözlәri ata-anasına necә tәsir etdi?
            5. Bu hekayәdәn nә anladın?





                Dәftәrinә köçür



               Ərlә arvad bir-birinin üzünә baxdılar,
            sәhvlәrini anlayib başlarını aşağı saldılar.


            Babanı masanın başına dәvәt etdilәr vә o

            gündәn xörәyi bir yerdә yedilәr.
                                                                                              145
   140   141   142   143   144   145   146   147   148   149   150