Page 143 - Əlifba
P. 143

KİM İSLANDI YAĞIŞDA


             Bircә anda göylәri

             Tutdu qara buludlar.
             Yağış yağdı, nә yağdı,
             Çimdi çiçәklәr, otlar.



             Dedim: «Qaçım, gizlәnim,»
             Gördüm mәlәyir quzu.

             Boylanır hәr tәrәfә,
             Kömәk dilәyir quzu.
             Onu tövlәyә saldım.



             Evә qaçmaq istәrkәn                      «Kiş-kiş, kiş-kiş» – edәrәk
             Eyvandan boylanaraq,                     Onları saldım hinә...

             Nәnәm qışqırdı birdәn:                   Göylәri dәstә-dәstә
             – Paltarlar islanıbdır,                  Tutdu qara buludlar.
                                                      Yağış yağdı, nә yağdı,
             Kömәk elә sәn mәnә!
                                                      Çimdi çiçәklәr, otlar.
             Dedim: «İndi yığaram,
                                                      Dağların sinәsindәn
             Heç darıxma, ay nәnә!
                                                      Gör necә sellәr axdı...
             Yığdım paltarları da,
                                                      Quzu mәnә tövlәdәn,
             Dedim: «Tez qaçım gәrәk».
                                                      Cücәlәr hindәn baxdı.
             Gördüm körpә cücәlәr
                                                      Nәnәm «sağ ol» söylәdi,
             Mәndәn istәyir kömәk.
                                                      Elә bildi, yoruldum.
             Necә dә islanıblar                       Paltarlar islanmadı,
             Sığınıb bir-birinә.                      İslanan tәk mәn oldum.

                                                                          Tofiq Mütәllibov


             1. Qız nәnәsinә necә kömәk etdi?
             2. Cücәlәr qızdan nә gözlәyirdilәr?
             3. Yağışda islanan kim oldu?
             4. Hamıya kömәk etmәk istәyәn bu qızı necә qiymәtlәndirirsәn?
             5. Şeiri öyrәn, son dörd misrasını dәftәrinә köçür.




                                                                                              143
   138   139   140   141   142   143   144   145   146   147   148