Page 123 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 123

Mən


                       Mən Həvvanın dişlədiyi almayam,
                       səadətim Adəmə uzadılmaqdı.
                       Bəlkə də, xoşbəxtlik cənnətdə qoşa qarımaq deyil,
                       cənnətdən qoşa qovulmaqdı.

                       Mənim ürəyim Nuhun gəmisidi:
                       Bir sənin ağrıdan, bir öz ağrımdan var orda –
                       Gözlərinə mil çəkilmiş yaddaşım çevrilib baxır,
                       sənli günlərin sulara qərq olmağına...

                       Mən çarmıxa vurulan mismar səsiyəm,
                       yüyürürəm son nəfəsimin üstünə...
                       Daşlaşmış günahlarımdan götürüb
                       içimdəki şeytanı daşlayıram...                                    Şeirlər
                       Nəfəsimin ən gözəlini
                                                                                         Fərid Hüseyn.
                       oğlumun şarını doldurmağa saxlayıram...
























                                                                                123
   118   119   120   121   122   123   124   125   126   127   128