Page 125 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 125

* * *
                            Unutmağa çalışdığımı necə başa salım sənə?!
                            bax kənddə – babamgildə
                            həyatla ölüm arasında bircə mərtəbə fərq var –

                            evin ikinci mərtəbəsi...


                            erməni snayperindən yayınmaq üçün
                            pilləkənləri qaça-qaça qalxırlar
                            orda yaşamırlar – gülləylə yarışırlar
                            mən də şəhərdə belə keçirəm küçələrdən                       Şeirlər
                            xatirələrdən yayınım deyə...
                                                                                         Fəridə Məmmədova.

                            * * *
                            ...əvvəl səsini
                            sonra gözlərini
                            sonra da dodaqlarını kəsib atıram yaddaşımdan
                            unutmaq – adam şaqqalamaq kimidi...















                                                                                125
   120   121   122   123   124   125   126   127   128   129   130