Page 127 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 127

mətbəxdən başlayacam unutmağa səni
                            ən əvvəl  yağı unudacam ocaqda
                            sonra dəmi...
                            bu otağa niyə gəlməyimi...

                            ...ya da çörək almamış qalxacam evə ...


                            Nə qədər ki, atamı ayaq səslərindən,
                            anamı nəfəsindən tanıyıram – hələ vaxt var
                            incit məni bir az daha
                            noolar, bircə  tez unudulma....



                            * * *
                            Bir cüt qağayıya dönsə əllərim
                            uça bilsə sənə tərəf indi
                                                                                         Şeirlər
                            elə indi...

                            Ya da ay olsam gecələr
                            yaşasam gözlərinin quyusunda
                            heyif ki,
                            dərinlər yaşamaqçün deyil, sevgili,
                            dərinlər boğulmaq üçündü.                                    Fəridə Məmmədova.

                            Tanımadığın ünvanı göstərən
                            tanımadığın insan qədər güvən mənə
                            demirəm ki, gözlə, işıq var qaranlıqların ardında
                            gedək, deyirəm, sevgili
                            gedək
                            baxaq nə var orda...







                                                                                127
   122   123   124   125   126   127   128   129   130   131   132