Page 126 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 126

Gənc yazarların ədəbiyyat almanaxı



                                * * *
                                Hər  sevdiyimdə tərk edildim
                                ya doğru sevə bilmədim, ya da doğru adamı...
                                və bütün ayrılıqlarımın acısını anam çəkdi.

                                Məndən ayrılıb gedən hər  kəs
                                anamdan rahatlıq apardı özüylə
                                Hər  şeydən uzaqlaşıb, hamıya  yadlaşdıqca
                                bir Allah  bildi anamın nələr çəkdiyin...

                                Lütfən,  bu dəfə sevəcəyim kəs,
                                ya gedərkən məni də apar
                                ya da elə ayrılıb get ki,
                                 anamın xəbəri olmasın...



                                * * *
                                Müharibədə ata-anasını  itirmiş  uşaqlar
                                Günəşə baxıb gülümsəyəcəklər bir gün
                                ...bütün mərmilərə inad...


                                Əri çıxıb getmiş o qadın da
                                yığacaq gözünü yollardan
                                gətirib  güzgülərdəki boşluqlara atacaq...

                                Bilirəm, çıxacaq divardakı bu fotodan darıxqan qağayılar
                                haçansa
                                dənizə tərəf uçacaqlar...


                                Onda evim olacaq mənimdə
                                və




               126
   121   122   123   124   125   126   127   128   129   130   131