Page 162 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 162
Gənc yazarların ədəbiyyat almanaxı
Savaşı 4 yerə böldüm:
1-i şimalın,
1-i cənubun,
1-i qərbin,
1-i barışın...
Dünyanı 3 yerə böldüm:
1-i hamının,
1-i heç kəsin,
1-i uşaqların...
Bölünməyən
təkcə azadlıq oldu...
Gecələr çoxalır pəncərələr
Yalnız gecələr
özünün olursan
heç kimi görməyəndə,
heç kim görməyəndə səni.
Qoşulub küləyə
qarışasan gecənin rənginə.
Döyəsən qorxudan üzünü bağlamış
qapıları bir-bir.
Daş atıb qırasan
işıq gələn pəncərələrin hamısını
(gecələr çoxalır
pəncərələrin sayı)
Ya da üzüyuxarı uzanasan
mərkəzi küçələrin birində.
162