Page 163 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 163
Seyr edərək ulduzları
bir az şair olasan,
bir az uşaq.
Bir sən olasan,
bir də kürəyində buz kimi küçə.
Bir də gözlərində ulduzların işığı.
Birdən
götürüb göyün gözəgörünməz qapağını
dağıdasan ulduzları aşağı...
Torpağin əlləri böyükdür
Doğulanda həyat,
yaşayanda silah, Şeirlər
öləndə bayraq oldun.
Xa rə Nurgül.
Torpağın əlləri nə böyükmüş
gizlətdi səni də.
Mən ağlamağı öyrəndim,
sən yaşamamağı.
Bir də
unutmağı öyrəndik hər ikimiz.
Torpağın yaddaşı zəif olur...
İndi uzaqdasan yaşamdan...
163