Page 167 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 167

Evdə yoxam


                            Qapımı döyən ayrılıq,
                            Evdə yoxam.
                            Qonağam, deyən ayrılıq,
                            evdə yoxam.

                            Gördüyüm mənə çoxdumu,
                            xoş günüm iti oxdumu,
                            döyməyə qapı yoxdumu,
                                                                                         Şeirlər
                            evdə yoxam.

                            Sənə kim dedi, gündə gəl,
                            ömür bitəndə – sonda gəl,
                            haçan çağırsam, onda gəl,                                    İn	qam Yaşar.
                            evdə yoxam.

                            Divardakı nəm danışır,
                            dam dolusu qəm danışır,
                            yerimə qələm danışır,
                            evdə yoxam.


                            Mülkümdən qoparıb məni,
                            bu qayğı lap sarıb məni,
                            aparan aparıb məni, –
                            evdə yoxam...



                                                                                167
   162   163   164   165   166   167   168   169   170   171   172