Page 165 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 165

Bütün yox olanlara


                            Yoxluq külək kimidir...
                            Hərdən yüngülcə toxunar,
                            hərdən çırpılar üz-gözünə,
                            üst-başına...
                            İndicə parkda çərpələng uçuran
                            uşağa baxanda
                            yoxluğu daha yaxşı tanıdım –
                            yoxluq həm də uçurmağa arzuların olmamasıdır...
                            Həm də anladım ki,
                            gözləməyə adamım,
                            məktubum,
                            cavabım və daha nələrimsə yoxdusa
                            elə mən də yoxam...
                            mən də yoxam...                                              Şeirlər
                            Budur yanımdan adamlar gəlib-keçir,
                            adamlar baxır yoxluğuma
                            mənimsə gözlərimdə
                            onu uzaqlara yola salarkən                                   Xa	rə Nurgül.
                            son dəfə gördüyüm
                            ağarmış saçları var hələ də...
                            Bir də dönüşün mümkün olmadığını anladan
                            əşyalarının boş yeri...
                            Yoxluq
                            bir adamın bir çamadan yeri qədər olan
                            boşluğudur həm də...
                            o yerin soyuqluğudur...








                                                                                165
   160   161   162   163   164   165   166   167   168   169   170