Page 210 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 210

Gənc yazarların ədəbiyyat almanaxı





                           gəlişin nə möhtəşəmdi
                           Eliziyanı tərk edişin yəni…
                           yumruğun boydadımı sənin də ürəyin?
                           qəzəbin boydadırmı?
                           bilirsən, dəniz qədər böyükdür
                           olmamağın…
                           eyni şəhərdə, iki ayrı hücrədə yaşamaq
                           əslində yaşaya bilməməkdi
                           təngnəfəs olmaqdı…
                           …həm də
                           yaşamaqdı
                           ondan getməyin,
                           mənə gəlməyin
                           …və məndə qalmaq istəyin



                           Rafiq Tağıya...


                           Biz üç dost içib-içib ağladıq gecədən bəri
                           yemədik, yatmadıq
                           udum-udum hava diləndik, nəfəs diləndik
                           boğazımıza sarılan əllərdən
                           qopa bilmədik, bilmədik
                           evimizdəki bütün bıçaqları danladım səhərə qədər
                           “olmaz, – dedim –
                           adamın ürəyinə batmaq olmaz”, – dedim...
                           bütün əllərə nifrət elədim...
                           biz üç dost udum-udum hava diləndik, nəfəs diləndik
                           səhərə qədər
                           içib-içib ağladıq...
                           əşyaları yerə çırpdıq, ortalığı dağıtdıq.

               210
   205   206   207   208   209   210   211   212   213   214   215