Page 211 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 211

bağırdıq
                       yorulduq
                       gözümüzdən yaş əvəzinə, qəzəb damladı
                       kürəyimiz ağrıdı səhərə qədər
                       sənə dəyən bıçaqların soyuğunu hiss etdik canımızda.
                       bu gecə içkilər daha acı oldu, siqaretlər daha çəkilməz...
                       çəkilməz oldu, başımızdan ağrılar, çəkilməz...


                       * * *
                       Və bu lənətə gəlmiş 19 yaşım
                       o qədər yaxındakı keçmiş
                       o qədər əlçatan ki...
                       məni solaxay olmağa qoymayan
                       müəllimimin                                                       Şeirlər
                       əlimə vurduğu ilk şilləni belə unutmamaqdayam
                       saat çıqqıltısını keç,
                       maşın səsini unut
                       üzdə dayanan, tez-tez gözümə sataşan
                       gömgöy damarlarımdan axan                                         Nərmin  Dadaşova.
                       qırmızı qanımın səsindən belə,
                       sıxılmaqdadı ürəyim, batmaqdadı qulaqlarım
                       və bu lənətə gəlmiş 19 yaşım
                       o qədər yaxındakı keçmiş
                       o qədər əlçatan ki
                       unutmamaqdayam beş yaşımda
                       arxamca düşən boz köpəyi
                       üzümə daş kimi dəyən ilk kötəyi
                       eşitdiyim ilk söyüşü
                       ...unutmamaqdayam
                       Və o qədər yaxın ki, o qədər əlçatan ki keçmiş...


                                                                                211
   206   207   208   209   210   211   212   213   214   215   216