Page 215 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 215

“Aramsızlıq I” silsiləsindən


           4.
           Davam etməkçün “nədən başlamalı?”dan başlamaq
           (bəlkə də, cümlədə uzlaşma pozulub).
           Sonra üçündən biri 1. külək kimi külək
                             2. hara dönürsən, dön
                             3. ağac
           İkincini seçmək. Axı hara dönürsən, dön, orada
           “ol” olacaq – ağac, daş, eros və torpaq
           qarışığından ibarət yumşaq qadın – onun sıx dodaqları
           qızmar günortaçağı nərdtaxtaya atışdan bir an qabaq
           sərt ovucdakı zərləri xatırladır.
           “Böyük durğunluq və kiçik hasilat ucbatından
           sıçrayış gözlənilməz görünür”, yaxud gəl özümüzü guya heç nə
           olmamış kimi aparaq, amma qarışqa onun məninin
           sığmadığı işarəni əks edən səhifəni kəsə keçir.                               Şeirlər
           Səssizcə sürüşərək aramsızlığı qoruyub saxlamaq. Külək kimi külək.

           5.
           Qora bişirən ay. Yarpaqların
           kölgəsiylə örtülmüş qoca, – sanki dərin sularda yaşayan                       Nicat Məmmədov.
           naməlum məxluq atılıb sahilə öz təngnəfəs –
           zümzümə edir qızmar havaya ilişən sözləri:
           tam ciddilik.
           Meynələr uzanır göylərə, göylərdə
           bir quş sol gicgahla bayat bulud
           arasından sıçrayıb,
           bir an sonra, qonşu evin damüstündə
           tanıdır özünü gözlərə: şanapipik.
           Zivədəki uşaq köynəklərinin
           küləksizliyi, bacının
           uzalı qalan əlində şaftalı.

                                                                                215
   210   211   212   213   214   215   216   217   218   219   220