Page 213 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 213

* * *
                       Yenə dünyanın sonu haqda xəbərlər dolaşır
                       daşqınlar, sellər, zəlzələlər...
                       yenə səhərlər açılır
                       anamın telefon zəngiylə
                       yorğun səsiylə
                       “səhər açıldı, günəş çıxdı, dur” müjdəsiylə
                       yenə qırmızı sabundan
                       ağ köpüklər çıxır…
                       bir qurtum qaynar çay
                       dəyişir bir andaca əhvalımı
                       yandıra-yandıra, cıza-cıza,
                       ağrıda-ağrıda canımı.
                       Nitsşenin şəklini asmışam otağımda
                       mənə bir hadisəni xatırladır bığları
                       gülməlidi…
                       bəlkə də, elə bundadı
                       filosof ola bilmənin sirri                                        Şeirlər
                       nədənsə, tanıdığım bütün filosoflar
                       bığlı kişilərdi.
                       mən çox şey bilirəm.
                       əminəm ki, bığlı olsaydım,
                       həm də kişi olsaydım                                              Nərmin  Dadaşova.
                       mütləq filosof olacaqdım
                       amma nəyimə lazım?
                       nə necə yarandı, yoxdan var olan nə,
                       vardan yox olan kim?
                       bu deyil əsas məsələ
                       əsas olan qırmızı sabundan ağ köpüklərin
                       çıxması da deyil
                       bilmirəm, nədi əsas olan…
                       bütün “bilmirəmlər” isə, bütün heçlərisə
                       bütün var olmayanlarısa
                       yenə o bığlı kişilər bilər, mənə nə?!...

                                                                                213
   208   209   210   211   212   213   214   215   216   217   218