Page 231 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 231

Canavarlar Qarabağda qaldı,
                            hərə əlində bir ovuc torpaq,
                            ağzında bir qurtum su,
                            ciyərlərində bir udum hava gətirdi ordan.
                            Sözlü qızlar sevgilərini qaçaqaçda
                            salıb itirdilər.
                            Hər şəhid bir ananın ümidiydi,
                            məryəm qızların toppuş çocuqlarının atasıydı...
                            Hər evə böyüdülmüş bir əsgər şəkli qaldı və qızlar bu şəkillərə
                            baxıb doğdular...
                            Bu şəkil çocuqlar öz atalarının ögey balalarıydı...


                            Nə qonşulardan bir həyan vardı,
                            nə qohumlardan.
                            Neçə gündü tifilləri ac qalan dul Sürəyya
                            pəncərə önündə çarmıxa çəkilmişdi,                           Şeirlər
                            yardım maşınını gözləyirdi...
                            Qurdlu ciyər, qaralmış ət,
                            iylənmiş ürək satan qəssab Qulam deyirdi:
                            “Bu üç yetimi necə dolandırır,
                            bəlkə, ürəyini satır xəbərimiz yoxdu?”...                    Ramil Əhməd.

                            Balaca qızcığaz
                            gizlənqaç oynayırdı ki,
                            gözlərini açanda atasını tapsın...

                            Sürəyya deyirdi:
                            “Boyu uzun buray qızım,
                            saçı uzun suray qızım,
                            üç gecə yatandan sonra atan gələcək”.
                            O üç gün gəlib çıxmadı –
                            qızcığaz saymağı bacarmırdı…


                                                                                231
   226   227   228   229   230   231   232   233   234   235   236