Page 229 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 229

O evlərin nağılında
                            kişi qadından utanır,
                            qadın da kişidən.
                            O evlərin nağılında
                            bir-birini sevmirlər,
                            bir-birlərinə öyrəşirlər.
                            O evlərin nağılında
                            nə işıq gələn tərəf var,
                            nə də it hürən...
                            O evlərin nağılında
                            ancaq kişi dodaqlarının işğalı altında
                            qalır bir qadının döşləri...
                            Gözlərindən süd axır,
                            bəlkə də, hər ağlayanda,
                            kim bilir...

                            Uşaqlar,                                                     Şeirlər
                            siz olmasanız,
                                                                                         Ramil Əhməd.
                            kişilər ata olmaz,
                            qadınlar ana...



                            Kapitalizm

                            Əvvəlcə
                            Hollivud ssenarili,
                            ağlamalı, kədərli bir film çəkmək.
                            Kinoteatrlarda biletini bizə satmaq.
                            Öz pulumuzla bizi ağlatmaq.
                            Sonra göz yaşlarımızı şüşələrə doldurub
                            üstünə “Soyuq halda için” yazmaqdır
                            kapitalizm.




                                                                                229
   224   225   226   227   228   229   230   231   232   233   234