Page 227 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 227

Metamorfoz


                            Dayanar yol kənarında
                            hər gün bir uşaq.
                            Hər gün bir uşaq
                            dayanar yol kənarında.
                            Çəkər yolların tozunu kirpiklərinə,
                            soruşar atasını hamıdan.
                            Bilməyənlər “görmədim” deyər,
                            Bilənlər başını tumarlayıb keçər...

                            Atasının ayaqqabısını
                            geyinib qaçan uşaq
                            maşınları da ötüb keçəcəyini düşünər...
                            Bağlaya bilmədiyi ayaqqabının ipləri
                            dolaşar ayaqlarına –
                            yıxılar üzüüstə,                                             Şeirlər
                            yıxılar atasızlığa.

                            Hərif hər gün ataya məktub yazar
                            hərfsiz bir əlifbada.                                        Ramil Əhməd.
                            Tanrıdan, bir də mələklərdən başqa,
                            kimsə bilməz bu əlifbanı.
                            Tək qalınca,
                            çəkilib bir küncə
                            göndərər bütün parabüzənləri
                            atasının dalınca:
                            “Uç, uç, qarı nənə, mənə atamı gətir”.


                            Bir daşın üstünə çıxıb
                            əllərini yuxarıya uzadan uşaq
                            Allaha toxunacağını düşünər.
                            Qalxar hündürə, laaap hündürə –

                                                                                227
   222   223   224   225   226   227   228   229   230   231   232