Page 249 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 249

Əli çənəsində qalan şairə
                            yurdunun tənəsi, gileyi gəlsin!..
                            Torpağı işğalda olan şairin
                            gərək sözlərindən qan iyi gəlsin!..
                            İndi təbim belə xoşuma gəlməz,
                            indi misralarım belə, zəlildi...
                            Mənim şeirlərim yeriyə bilməz,
                            hamısı “ikinci qrup əlil”di...
                            Tək adam adamla yaşıd olmurmuş,
                            eyni yaşdakılar gör nə qədərdi;
                            Ay mən yaşdakılar, bir dövrdənik,
                            bizimlə yaşıddı Xocalı dərdi...
                            Daralan ürəyin darvazasına                                   Şeirlər
                            hələ də əl boyda qara bağlıdı...
                            Oxucum, bilmirəm, sən haralısan,
                                                                                         Ruslan Dost Əli.
                            mənim şeirlərim qarabağlıdı!..























                                                                                249
   244   245   246   247   248   249   250   251   252   253   254