Page 263 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 263
Oktyabr şeiri…
kəsib tullayasan qollarını da,
yetim saxlayasan qucaqlarını…
biryolluq hamıdan çıxıb gedəsən,
bir it qucaqlaya ayaqlarını...
ay ağac, yazıqsan – qış ağacısan,
bu bekar torpağın boş ağacısan,
bilsəydim, anamın baş ağacısan,
o vaxt sındırmazdım budaqlarını...
qırmızı kəndirdə boynun dincələ,
ölüm də gələndə gülərüz gələ,
bir gün uzaqlardan bir payız gələ, Şeirlər
deyə ki, qaytarın yarpaqlarımı!
Şəhriyar Del Gerani.
Noyabr şeiri…
nəsə,
başqa cür olmalıdı nəsə.
başqa günəşlə açılmalı səhərlər…
başqa gecələrdə içməli,
başqa odalarda sevişməli,
başqa qollarda üşüməliyik...
mütləq dəyişməlidi nələrsə.
məsələn,
263