Page 294 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 294

Gənc yazarların ədəbiyyat almanaxı

                                  Coğrafiya müəlliminin pencəyi


                                ğacı hündür, gövdəli, kol-kosu həyat sevdalı çaydır, axıb gedir, buru-
                                lub uzanır, payız dumanında itib-görünən obalara. Çay yatağına
                   A sığınan kənddir, balaca ee, bapbalaca. Kəndin aşağı başında evdir,
               damı salxaq, boyu alçaq, gözü qorxaq. Evdə dördcə adam: bir kişi, bir qadın; iki uşaq –
               biri oğlan, biri qız. Mən o kişidən, o qadından, o it küçükləri kimi şirin-sığallı uşaqlardan
               danışmaq istəyirəm.
                   İbrahim müəllim evə fikirli gəlib. Qayğılıdır. Elə bil hay-küylə içəri girib Muradı
               cırnadan, Məryəmin hörüklərini dartıb-dartışdıran o həmişəki adam qalıb çayın o
               tayında. Payız palçığına batan ayaqqabıları da bizim kənd müəlliminin kədərinə şərik:
               zəndlə baxsan, görərsən ki, bir cüt əzik tufli pilləkənin ayağında baş-başa verib
               qəmlənir.
                   Bizim coğrafiya müəllimi keçir lap başdakı otağa. Keçib pencəyini atır stulun başına,
               qalstukunu boşaldıb boynu üçkünc yun jiletini dartır başından aşağı. Nərgiz bacı balaları
               yanında, dayanıb qapı ağzında. Lal-dinməz. Bir az ürkək, bir az qorxaq. “Bu kişiyə nolub,
               niyə dillənmir?” Nərgiz bacı əməllicə yorulur, köks ötürür, sinəsindən qopan fısıltı
               balalarının üz-gözünü yalayıb keçir, qızın hörüyünün bir ilməsi açılır, oğlan udqunub
               altdan-yuxarı baxır anasının üzünə, baxıb qısılır anasının dizinə. İbrahim müəllim əlini
               salır pencəyin ciblərinə, eşib-eşələyir, qurdalayır və ümidsiz barmaqları bu dəfə şalvarın
               ciblərində oynaşır, gəzib-dolaşır.

                           Kənd içində Alış dayı,
                           Adlı-sanlı əkinçiydi,

                   Bunu oğlan deyir;

                           Əməyinə düşən payı,
                           Ürəyinin sevinciydi.

                   Bunu da qız.
                   Bayırdan hinduşka hökkültüsü gəlir, xoruz banlayır, ördək vaqqıldayır. Uşaqların
               səsi olur sərin su, səpilir Nərgiz bacının ürəyinə. Pıqqıldayır pıqqapıqq. Hinduşka, ördək,
               xoruz Nərgiz bacıya qoşulur, bu dəfə səsləri lap bərkdən çıxır.
                   – Kişi, ay kişi...


               294
   289   290   291   292   293   294   295   296   297   298   299