Page 299 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 299

***
               Səhərin gözü açılan kimi İbrahim müəllim əvvəl Nərgiz bacıdan utandı. Sonra Mu-
           radla Məryəmin gözünün içinə baxa bilmədi. Tərslikdən, Nərgiz bacı da danışmırdı,
           evdə ruh kimi gəzirdi, evdə qaraltısı dolaşırdı. Uşaqlar divarlara, döşəməyə-tavana
           hopan xəcalət sükutunu pozub nəsə soruşanda yenə səs-səmir gəlmirdi ki, gəlmirdi.
           İbrahim müəllimdə heç belə olmazdı: halalca, bu qul-qaravaş kimi dilsiz arvadından bir
           kəlmə söz soruşa bilmirdi, ortalığa çökən ağırlığa zarafata salıb yüngüllük gətirə bilmirdi
           ha.
               Özünü toparlayıb Həsənağa ilə dalaşmağını xatırladı. Evə gələn kimi səsinin gur
           yerinə salıb Nərgiz bacının üstünə bar-bar bağırmağını yadına saldı. Arvadının könlünü
           birtəhər alardı, uşaqlarını acılamağı keçib gedəcəkdi, bəs Həsənağanın üzünə necə
           baxacaqdı?
               Elə suallara cavab axtarırdı ki, telefonu zəng çaldı. Ürəyi atlandı İbrahim müəllimin.
           Görəsən, kim idi?
               – Alo...
               Telefonla danışa-danışa İbrahim müəllimin üzü işıqlanırdı, üzü gülürdü, axşamkı
           qanıqaralıq tamam yadından çıxmışdı. İşıqlanan təkcə üzü deyildi. İbrahim müəllim
           səsinin lap bərk yerinə salıb evi sağ-sol ölçəndə addımları çiçəkləyirdi, gül açırdı ayağı
           dəyən yerlər. Sonra evə sığmadı, yerləşmədi, pilləkənləri düşüb həyətin o başına yeridi,
           bu başına gəldi, güldü, özündən getdi İbrahim müəllim.
               Nərgiz bacının gözlərindən oxunan sualları görəndə bir az üstünə qoydu, lap uşaq
           kimi sevindi, dedi, Bakıya gedəcəyik, şəhərə aparacağam sizi:
               – Azər bizi oğlunun sünnətinə çağırır. Toya gedəcəyik.                    Coğrafiya müəlliminin pencəyi
               İbrahim müəllim gördü arvadı yenə həmən-həmənkidir, qırışığı açılmır, başladı
           gözgörəti yaltaqlanmağa, başladı dil-dil ötməyə. Dedi, tələbəliyimin ən gözəl dostudur
           Azər. Dedi, elə oğlandır, ona görə əlimi qaynar qazana salaram, “uf” demərəm. Hələ
           Murad doğulanda Azərin arvadını da götürüb kəndə gəlməyini, Məryəm doğulanda
           bir cüt sırğa, pal-paltar göndərməyini demirəm.
               İbrahim müəllim dünyadan xəbərsiz hüdüləyib tökəndə Nərgiz bacı özü boyda sual
           işarəsinə dönüb soruşurdu: nəynən gedəcəksən? Nəynən e, nəynən? İbrahim müəllim
           arvadının sual işarəsinə döndüyünü görüb udqunanda bayırdan hinduşka hökkültüsü
           gəldi, xoruz banladı, ördək vaqqıldadı. Hinduşkalar dedi: bizi sat. Ördəklər dedi: bizi  Cavid Zeynallı.
           də. Xoruz dedi: məni də, məni də. Anbarda buğda kisələri yerində dingildədi: yaddan
           çıxmayaq. Nərgiz bacının sırğası qulağında oynaqladı: bə mən?
               Qoşuldular ər-arvad bir-birinə, uğundular. Axıb-axışan gülüş evin divarlarını aşdı,
           toyuq-cücə cumdu həyətə dağılan gülüşə, doldurdu çinədanına, sonra o gülüş yayıldı

                                                                                299
   294   295   296   297   298   299   300   301   302   303   304