Page 297 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 297

müəllim bir az həyəcandan, bir az da payız sazağından tir-tir əsir. Girdi qoluna, gətirdi
           qarovulçu daxmasına, qabağına isti çay qoydu, dedi, bunu iç, özünə gəl, bir yerdə ax-
           taraq.
               İbrahim müəllim çayı içməyinə içdi, lap belə gözünə təpdi, intəhası, özünə gəlmədi
           ki, gəlmədi. Qoşalaşıb düşdülər məktəbin canına: əvvəl həyət-bacanı axtardılar, sonra
           məktəbin dörd tərəfində nə ki dəlmə-deşik vardı, it kimi iylədilər, siniflərə baxdılar;
           İbrahim müəllim partaların altına-üstünə əlini elə gəzdirirdi, elə bil, sığal çəkir, əzizləyir,
           yaltaqlanır ki, pulu qaytarsınlar, pulu versinlər.
               Yorulub oturdular məktəbin pilləkənlərində. Bir-birinin üzünə baxıb hey susdular.
           Payızın sazağı boyun-boğazlarını üşüdəndə Həsənağa dik atıldı yerindən, özünü verdi
           anbara. Qoltuğunun altında bükülü, dayandı İbrahim müəllimin qabağında:
               – Sən Allah, fikir eləmə. Taparıq e, burda düşübsə, vallah, taparıq.
               Coğrafiya müəllimi dinmədi, eləcə fağır-fağır baxdı korun üzünə, baxdı Həsənağanın
           gözlərinin içinə, bilmədi, nə desin.
               – O gün girdim sinfə, gördüm rəhmətlik Səməndərin oğlu, nədi, o yekəbaş gədə...
               – Hə...
               – Bir qızı öpür. Məni görən kimi öldü, dirilmədi. Qızı yola salannan sora gəldi yanıma
           ki, Həsənağa dayı, bağışla də, nolar, məni bağışla, qələt eləmişəm. Dedim, a gədə, qələt
           niyə eləyirsən? İntəhası, mənə de görüm, o qızı alacaqsan? Dedi, hə, dədəmin goru.
               – Qız kim idi?
               – Əşşi, ay məllim, hər şeyi soruşma da. Soruş ki, sora noldu?
               – ...
               – Sora... gədə sabahısı gəldi ki, Həsənağa dayı, sənə araq gətirmişəm, bəs qardaşım Coğrafiya müəlliminin pencəyi
           Tümennən göndərib əmimə, mən də birini əkişdirdim.
               İbrahim müəllimin eyni açıldı, yaman açıldı. İstədi, çırtıq çalıb oynasın, istədi qol
           götürüb ortalıqda tozanaq qoparsın. Zəvzək olanda nolar, dedim axı, Həsənağa yaxşı
           adamdı, xoş adamdı; sevindi Həsənağa, İbrahim müəllimin eyninin açılmağına elə
           sevindi ki. Tezcənə cumdu daxmasına. Süfrəyə, naz-nemətə bax e: iki taraş stəkan, para
           təndir çörəyi, pendir, ağ turp, qırmızı turp, acı bibər, şirin bibər, cücənin tən yarısı, alça
           turşusu, gavalı turşusu, badımcan turşusu...
               – Sənin sağlığına, məllim. Muradın sağlığına, Məryəmin sağlığına, Nərgiz bacının
           sağlığına.                                                                    Cavid Zeynallı.
               Toqquşdurdular. İbrahim müəllim burnunun altında nəsə mızıldandı, razılıq elədi.
           Sonra gözlərini yumub başını stəkana sarı əydi, taraşı çəkdi başına. Elə bil İbrahim
           müəllimin içində çiçək sulayırdılar. İbrahim müəllimin içi çiçəkləyirdi. İbrahim müəllim


                                                                                297
   292   293   294   295   296   297   298   299   300   301   302