Page 295 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 295

– Pulu itirmişəm...
               – ...
               – Xədicə müəllimənin qaytardığı pulu deyirəm də. Borc almışdı ha, o pulu. Aldım,
           qoydum cibimə, getdim məktəbə. Dərsimi dedim, evə çatanda əlimi cibimə atdım ki,
           uşaqlara bir şey alım, gördüm... yoxdu, pul düşüb...
               Nərgiz bacı içini çəkdi, sonra ərinin sifətinə baxıb bilmədi, nə desin: desin, canın
           sağ olsun? Olsun e, olsun, İbrahim müəllimin canı lap belə sapsağ olsun, intəhası, ilin-
           günün bu kasıb vaxtında pul itirmək ayrı şeydir, cansağlığı ayrı. İbrahim müəllim
           balalarını da yanına salıb düşdü həyətə, darvazadan bayıra çıxanda Nərgiz bacı da
           özünü yetirdi. Dağılıb-dağılışdılar palçıqlı kənd yoluna.
               İbrahim müəllim qabaqda gedir. Arvadı-uşağı ondan arxada yeri-göyü çəkir
           gözünün ən iti yerinə, ən dərin yerinə. Nərgiz bacının gözünün işığı yolun hər dəlmə-
           deşiyinə düşür, otu-ələfi, daşı-kəsəyi yalayıb keçir, ağaclar qollu-budaqlı Muradın,
           Məryəmin cıqqılı bəbəklərinə yerləşir. Deyərsən, o qollu-budaqlı ağaclar özünü gü-
           nahkar bilib elə indicə başlarını əyəcəklər aşağı, utanacaqlar, torpaqdan qopub
           düzələcəklər bizim coğrafiya müəlliminin arxasına; sonra kəndin bütün ağaclarını, daş-
           kəsəyini ayağa qaldıracaqlar, göydə quşlara, yerdə ilana-qurbağaya xəbər yollayacaqlar
           ki, o pulun min dərdi vardı, o pul düz iki ayın qəndini, çayını, yağını, ətini, düyüsünü,
           kartof-soğanını ödəyərdi, hələ Murada bir cüt ayaqqabı, Məryəmə əlcək, papaq almaq
           olardı, hələ bir az da bərk dayansaydılar, Nərgiz bacı rayondan özünə yun şal gətirdib
           yarı pulunu borca yazdırardı.
               Bizim coğrafiya müəllimi arzulayırdı ki, bircə bu peşmançılıqdan Xədicə müəllimə Coğrafiya müəlliminin pencəyi
           xəbər tutmasın. İstəmirdi onu utandırsın, istəmirdi, arvad yaşının bu çağında ürəyinə
           min fikir gətirsin. Hər gün üz-üzə gəlirdilər, ortalıqda xətir-hörmət vardı, üstəlik Xədicə
           Muradla Məryəmin müəlliməsi idi. Pulu İbrahim müəllimdən aldığı xeyli vaxtdı,
           intəhası, qaytarmırdı ki, qaytarmırdı. İbrahim müəllim də utanırdı söz salmağa, üzü
           gəlmirdi desin ki, o pulu bəlkə filan-filan...
               Bir ara özünə möhkəm söz verdi ki, çəkinmək lazım döyül, ilin-günün bu vaxtında
           altı ay heç kim heç kimə borclu qalmır, görən kimi özünü toparlayıb istəyəcək. Kimə
           deyirsən, Xədicə müəlliməni görən kimi əli-qolu düşürdü yanına, dili ağzında qu-
           ruyurdu. Bir dəfə Xədicə müəllimə nə isə tamam başqa şeydən danışırdı: tutalım, Mu-  Cavid Zeynallı.
           radla Məryəmin dərslərindən. İbrahim müəllim onu eşitmirdi, xəyal qururdu, fikri-zikri
           borcun yanında idi, hey istəyirdi, o zəhrimar cümləni dilinə gətirsin, yenə desin, bəs
           filan-filan... qış gəlib, uşaqların da... əyin-başı... yo-yo-x-du. Demədi, demək istəmədi.

                                                                                295
   290   291   292   293   294   295   296   297   298   299   300