Page 25 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 25

Hekayədəki ikinci məsələ birinci ilə bağlıdır və este k xarakter daşıyır: sənət
           reallıqdan doğmalıdır, yoxsa uydurmadan? Müəllif məsələni zidd tərəfləri bir
           araya gə rməklə çözür. Ədəbiyya n əsasında reallıq durmalıdır, amma bu reallığı
           yaşamaq vacib deyil, onu oynamaq da olar. Müəllif dünyaya reallığın uydurmaya,
           uydurmanın reallığa çevrildiyi neytral zonadan baxır və belə qərara gəlir: sənət
           özü də  bir həyat, həyat özü də bir sənətdir.
               Ömərin hekayəsi sehrin fokusa, fokusun sehrə çevrildiyi mətndir.  Axı, müəllifin
           fikrincə, qə  sərhədlər yoxdur. Sərhədlərin, yəni nizamın pozulması isə ar q
           xaosdur. Hekayə qəhrəmanının finalda kor olması da bu xaosu işarələyir. Beləliklə,
           Ömərin  düşüncəsinin son həddi xaos, yəni mifdir və mifin o üzündə duran
           həqiqə  görmək üçün nə müəllif, nə də qəhrəmanın bəsirət gözü açılmır. Proses
           yarıyacan gedir. Buradan isə absurda vur-tut bir addım qalır. Çünki bu düşüncə ilə
           gediləsi başqa yer yoxdur.
               "İkinci mərtəbəli dəli" hekayəsinin müəllifi Sayman Aruz məhz bu absurd
           durumu təsvir edir. Hekayənin məkanı dəlixana, qəhrəmanı dəli Əhməddir. O, hər
           gün sevgilsi Leylaya məktub yollayır və axırda məlum olur ki, ünvanı səhv salıb,
           çünki Leyla özü də dəlixanada – ikinci mərtəbədə yaşayır, üstəlik də Əhmədin
           sevgilisi deyil. Bir sözlə, Don Kixotun Dulsineyaya  "məhəbbə " və olaya ikibaşlı
           Servantes yanaşması. İspan dahisinin ünlü romanında dünyanın dəlixana demək
           olduğu kimi, Saymanın hekayəsində də dəlixana dünyanı işarələyir. Əhməd və
           Leyla da sadəcə iki dəli yox, ümumən kişini və qadını – insanlığı simvolizə edirlər.
               Leyla demişkən, klassik sufi düşüncəsində, məsələn, Füzulinin "Leyli və
           Məcnun"unda  kişi eşqin birinci mərtəbəsində qadını, yəni surə , ikincidə isə
           Allahı, yəni mahiyyə  sevir. Çağdaş insanın düşüncəsində Allah yoxdur, bu üzdən
           o, qadını ikinci mərtəbəyə qaldırıb. Bütün bu dəlixana durumu da buradan əmələ
           gəlib.
               Ömər öz hekayəsinin məkanı kimi həbsxananı, Sayman isə dəlixananı seçir.
           Hər iki "xana" normal ağla, mən qə zidd adamların toplaşdıqları yer olmaqla
           mahiyyətcə eyniləşirlər.
               Lakin hər şeyin səbəbini onun daxilində axtaran və bununla da Aristotel
           mən qi ilə düşünən Ömərdən fərqli olaraq, Sayman özünü qəhrəmanla eyniləşdirmir,
           ona kənardan baxır, ona gülür. Həm Ömərdən, həm də  Əhməddən fərqli olaraq
           isə Saymanın getməyə yeri – ikinci mərtəbəsi var. O "kənar" yer Platonun
                                                                                 25
   20   21   22   23   24   25   26   27   28   29   30