Page 325 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 325

Kolba


               Mən sizə yerdəkilərdən yox, göydəkilərdən danışacam. Daha doğrusu, kolba adlı
           kometdən. Kolba anası, bacısı  və qardaşları ilə bir yerdə Merkuri planetinin ətrafında
           fırlanırdı. Kolba artıq belə yaşamaq istəmirdi. O, bütün günü fırlanmaqdan bezmişdi.
           Çıxıb getmək istəyirdi. Həmişə aşağıya həsrətlə baxardı. Yerə düşmək istəyirdi. Bir gün
           Kolba öz arzusuna çatdı. Heç özü də bilmədən dairədən ayrıldı. Yavaş-yavaş aşağıya
           doğru uçurdu. Ancaq bu, asan olmadı. O, milyon il uçmalı oldu. Yerə çatanda artıq
           qocalmışdı. Kolba şappıltı ilə yerə düşdü. Az qaldı ki, min yerdən parçalansın. Amma
           bu, baş vermədi. O, balaca sığallı daşın yanına düşdü. Daş yuxudan ayılıb gördü ki, tək
           deyil.
               Kolba daşla salamlaşdı, ondan adını soruşdu. Yerdəki daşın adı Sığallı idi. Sığallı
           kolba ilə dostlaşır. Sığallı, kolbadan soruşur: “Sən hardan gəlmisən? Mən əvvəllər səni
           görməmişəm”.
               Kolba deyir: “Mən kosmosdan gəlmişəm”.
               Sığallı deyir: “A, axı niyə gəldin? Orda ki, maraqlıdır. Hamı deyir ki, kosmos sehrlidir.
           Yerdəki daşların hamısı kosmosa uçmaq arzusundadır”.
               Kolba deyir: “Yox, əslində elə deyil. Mənim bütün günü fırlanmaqdan ürəyim
           darıxırdı. Sən heç bilirsən, mən neçə milyon il yol gəlmişəm? Mən kosmosda yaşayanda
           yerə düşməyi arzulayırdım. Bir gün təsadüfən dairədən çıxdım. Dumandan, buluddan  Nağıl-hekayətlər
           keçdim. Ulduzları yarıb gəldim. İndi artıq  qocalmışam. Bura xoşuma gəlir. Sizdə hər
           tərəf yaşıldır. Burda  çoxlu sular  var. Ən əsası, burda heç nə fırlanmır. Mən həmişəlik
           burda qalmaq istəyirəm”.
               Sığallı deyir: “Hə, bura gözəldir, amma tezliklə səni sular yuyacaq, əridəcək, torpağa
           qarışıb yox olacaqsan. Sən bir yol tapıb, geri qayıtmalısan!”
               Kolba deyir: “Axı mən yolu tanımıram”.                                    Əfsanə Laçın.
               Günlər keçir. Kolba ilə Sığallı bir yerdə yaşayırlar. Hər gün külək əsir. Külək onların
           üstünü torpaqla örtür. İllər keçdikcə torpaq qalınlaşırdı. Kolba ilə Sığallı lap dərində
           qalmışdılar. Kolba yenə də narazı idi. O, yerə düşdüyünə  görə peşman idi. Evə qayıtmaq
           istəyirdi. Torpağın altında qalmaq onu darıxdırırdı.
               Bir gün Sığallı və Kolba səs eşitdilər. Bu, insan səsi idi. İllərlə sakitlikdən bezən daşlar
           sevindilər. Sığallı hiss etdi ki, onlar yeri qazır. Nəhayət, torpağın altından çıxacaqlar.
               Yeri arxeoloqlar qazırdılar. Artıq Kolba ilə Sığallı görünürdü. Arxeoloqlar Kolbanı
           görən kimi onun başına yığışdılar.
               Sığallı dedi: “Onlar başa düşdülər ki, sən kosmosdan gəlmisən”.
                                                                                325
   320   321   322   323   324   325   326   327   328   329   330