Page 329 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 329

Ayaz qayıdanda artıq öz hərəkətlərinə görə peşmanlıq hissi keçirirdi. Bəzi şeyləri
           daha ağrıyla düşünürdü. Yenicə boşalmağa başlayan təyyarənin qələbəliyində Sudəyə,
           dönüşüylə daha da alovlanan vicdan əzabıyla “Mən döndüm” yazdı. Cavabını da dərhal
           aldı: “ Mən əslində çox küsmüşəm, özüm də bilirəm ki, mənlə bağlı yaxşı heç nə yoxdu
           səndə. Ona görə neynəsəm də, yenə belə peşmançılıqlarla üzləşirəm. Bu il səndən
           yaşadıqlarımı ömürboyu unutmayacam”.
               İki ağır həftə keçirmiş Sudə bu həftələrdən heç olmasa birinin əvəzini çıxmadan
           rahatlana bilməzdi. Bir yandan da hələ də atlada bilmədiyi, yaxın keçmişdəki
           məhrumiyətləri. Özünün bu görüşə son dərəcə ehtiyacı ola-ola Ayazın görüşmək
           istəyinə, ”Hər şey qurtardı” deyə rədd cavabları verməklə də bir növ qəlbindəki
           boşluqları doldururdu. Beləcə, özü də hiss etmədən bir həftədən çox dirəniş göstərdi.
           Allah bilir Ayazın neçənci cəhdindən sonra özünə yenildi. Martın iyirmi səkkizində
           görüşməyə razılaşdılar.
               Ayaz geri dönüşü zamanı soyuqlamışdı. (Tez-tez özünün də içində olduğu, qəfil
           yağan qar səbəbiylə eniş edə bilməyən təyyarənin yavaş-yavaş həm də helikopter kimi
           şaquli qalxıb, küləyin topayla qovduğu qara buludların arasında dövrə vurub yenidən
           enməyə cəhd etməsini, durumla bağlı heç bir bilgi verilmədiyindən, içəridəki gərgin
           səssizliyi; bu sükutu, nəhayət, panikaya düşən bir qadının dəhşətli qışqırtılarının
           pozmasını xatırlayırdı. Qorxulu yuxu kimiydi.) Hələ də özünü naxoş hiss edirdi.  Sevgi şərhi
           Görüşdən əvvəlki gecəni də narahat yatdı. Gecə, gündüzün qəmini artıran o qədər
           qəribə biçimli, qarışıq yuxular gördü ki, səhər əzgin halda telefonun zənginə gözlərini
           açanda, oyandığının fərqinə belə varmadı. Gözlərini açar-açmaz əsnədi və udqunub
           boğazının vəziyyətini yoxladı. İndicə oyanmağına rəğmən sağ tərəfdə daha az ağrı var
           idi və bundan məmnunluq duydu. Yerindəcə ona gələn zəngə cavab verib qəribə bir  Fərhad Amur.
           ad günü dəvətini (və dəvət edənin tənbəlliyi barədə iradını) qəbul etdi.
               Sonra durdu, anasının gecədən ütüləyib hazır qoyduğu paltarları geyindi. Mətbəxə
           keçdi. Masanın üzərində hər şey hazır olsa da, çayı qızdırmağa ərindiyindən, səhər
           yeməyi yemədi. Pəncərədən çölə baxdı. Yuyunub evdən çıxdı. Soyuq havada gecə
           gördüyü, onu səksəndirib oyadan əzablı yuxularından dolayı qəribə rahatsızlıq hiss etdi.
           Bu da öz növbəsində ona Yoncanın yazdığı mesajı xatırlatdı. Açıb bir də oxudu. Minəcəyi
           avtobusun keçib-getdiyini də onda gördü. Növbəti gələnə kimi tələsməməyi və gəzə-
           gəzə qarşıdakı dayanacağa qədər getməyi qət etdi. Amma bir az irəliləyən kimi öndəki
           döngədə tıxac olduğunu görüb yenidən addımlarını sürətləndirdi. Avtobus orada idi.
               Dayanacağa demək olar ki, eyni vaxtda çatdıqları avtobusa arxa qapıdan mindi.
           Dalğın halda ortaya doğru keçdi, başını azacıq çevirdi və sağında nə gördüyünü əvvəl
                                                                                329
   324   325   326   327   328   329   330   331   332   333   334