Page 333 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 333

Mənə Piaf deyin


                         arıqaranlıq mehmanxana otağında yatağının üzərində üzüüstə uzanıb
               Y siqaret çəkirdi. Külünü birbaşa döşəməyə tökməyinin fərqində olmasa
                         da, dumanını havada yellətməkdən xüsusi zövq alırdı. Döşəmənin
           üzərində qadın və kişi alt paltarları, salfet parçaları, bir də iri əsginaslarla frank
           tökülmüşdü. Marsellə dalaşdığı səhnə beləcə onu yavaş-yavaş tərk edirdi. Özünü
           sakitləşdirir, inandırmağa çalışırdı ki, bu, sonuncu görüşü ola bilməzdi. Çünki Marsel
           nəinki onun ruhunu, həm də səsini, yataqda sevişməyini sevirdi. Nə olsun ki, bugünkü
           çıxışını Marsel dinləməyəcəkdi. Əvəzində, istəklisinin acığına, ürəyi istəyən kimi daha
           gözəl çıxış edəcəkdi. Kabaredə çıxışına az qaldığından, fikir dumanından ayrılıb
           geyinməyə başladı. Səhnədən öncəki həyəcan yenə özünü göstərdi. Xəstəxanadan
           çıxandan bəri özünə gələ bilmirdi. Vurulan morfilərdən əsl narkomana çevrilmişdi.
           Zəifləmiş vücudu, daim əsən əlləri, tərləyən boynu onda çıxışqabağı əsəbilik yaradırdı.
           Birtəhər özünü ələ alıb səhnəyə gəldi. Gözlərini yumdu və oxumağa başladı. Ruhu bu
           balaca, nazik qaşlı qara mələyi tərk edib kabaredəki insanların başları üzərində fırlandı.
           Kimisə axtarırdı… Nəhayət, gəlib Editin çiyinlərinə qondu. Gözlərini açıb qaranlıqda,
           dəyirmi masadakı qədəhin arxasında gizlənən gözüyaşlı Marseli gördü. Deməli, o
           getməyib, balaca sərçəsini dinləmək üçün burdadır. Bundan cuşa gəlib:
                                    1
               – Non je ne regrette rien …  – oxudu.                                     Mənə Piaf deyin
               Əslində o, çox şeyə təəssüflənirdi – küçələrdə pul diləndirən atasına, onu hamilə
           edib analıq hissini azacıq da olsa yaşadan ərinə görə… Bütün bunların fonunda Marsel
           onun üçün əsl məhəbbət tanrısı idi. Hər ikisinə nifrət edir, onlar haqqında
           düşünməkdən belə çiyrənirdi. Əri körpə Sessilisinin ölümünə səbəb olmuşdu. Balası
           dünyasını, onun soyuqda diləndiyindən vaxtından əvvəl qırışmış əllərinin içində dəyişdi.
           Qızını dəfn etməyə belə imkanı olmadı.                                        Günel Eminli.
               Balaca mələyim, sənə görə 20 frank üçün fahişəlik etmək istədim. Onun mənə
           yazığı gəldi. Məndən kam ala bilməyən ilk və son müştərim sənin ruhuna hörmət edib
           dəfninə təmənnasız pul verdi. Tanrı ona yar olsun! Tanrı hərdən bizim kimi
           günahkarların dualarını eşidir. Nənəmin, fahişə xalalarımın kor olmuş gözlərimə görə
           Müqəddəs Tereza üçün şam yandırıb dua oxumalarını təsəvvür edirsən?
               Yaradan qadınları eşitdi və avqustun ikisində – onların Tanrıya vaxt qoyduqları
           gündə gözlərim bu murdar dünyaya acgözlüklə baxdı.
               – Luiza nənəm bu əhvalatı tez-tez danışmağı xoşlayardı. Kaş ki gözlərim açılmayaydı.
           Amma yox! Az da olsa səni görmək üçün dünyaya yenidən baxmağa dəyərdi – qızına

                                                                                333

           1  Non je ne regrette rien – Mən heç nəyə təəssüf etmirəm
   328   329   330   331   332   333   334   335   336   337   338