Page 331 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 331

Ayazın məqsədini duyan qız bir anlıq duruxdu. Sonra yolu keçib ticarət mərkəzinə
           doğru getdi. Girişdə yenə nə edəcəyini bilmədən sağa-sola boylandı. Sonra içəri daxil
           oldu və dükanların birinə girib içəridə boş-boşuna dövrə vurdu. Nəhayət, adamların
           getdikcə seyrəldiyi tərəfi, bəlkə də, Ayazın işini asanlaşdırmaq üçün seçəndə çıxışdan
           onu izləyən Ayaz qıza çatdı.
               – Bu kağızı götür zəhmət olmasa, – deyib qıza daha da yaxınlaşdı. Küsülü sevgili
           təsiri bağışlayan qız dinmədi. Bir az da irəlilədilər. Səs-küy lap azalanda Ayaz bu dəfə
           daha sərbəst idi:
               – Xahiş edirəm, bu kağızı götür. Tələsirəm mən.
               Qız duruxub dayandı. Yəqin marağı ona üstün gəldi. Qatlanıb əl boyda olmuş, cibdə
           qalmaqdan rəngi avazımış kağıza baxdı.
               – Nədi bu? – Qız tövrünü pozmadan soruşdu.
               – Şeirdi, səninçün saxlamışdım. İnanırdım ki, nə vaxtsa qarşılaşacağıq, – Ayaz
           ürəkləndi. Qızın diqqətlə baxdığını görəndən sonra əlavə elədi, – altında nömrəm də
           var.
               Qız, yəqin ki, utandığından başını qaldırmadı. Ayaz özü ona doğru əyildi. Həm də
           o qədər çox ki, elə bil öpəcəkdi. Öpməsə də, qoxusunu aldı. Əyildi ki, nömrəni göstərsin.
           Göstərdi və bu cəsarətindən utandı.
               – Səndən xoşum gəlir, – Ayaz sonra dedi, – çox xoşum gəlir.               Sevgi şərhi
               Qız dinməzcə kağızı götürdü. Ayaz kağızı çantasına qoyacağını gözləyə-gözləyə
           gözlərini qızın əllərinə dikmişdi. Amma qız kağızı zəif küləyin saçlarını oxşadığı ahənglə
           titrəyən əlində sıxıb saxlamaqla kifayətləndi. Tərəddüdlərindən xilas olmaqçün Ayaz
           indi də qızın gözlərini axtardı, amma heç özünün də gözləmədiyi halda, təcili getməli
           olduğunu deyib onunla sağollaşdı. Buna görə çox tez peşman olsa da, geri dönmədi.  Fərhad Amur.
           Kağızı hələ də ovcunda sıxmış qız boynunu büküb bir müddət daş heykəl kimi dayanıb
           qaldı. Elə bil çaşqınlıq içindəydi. Qız gözdən itənəcən Ayaz bir neçə dəfə çevrilib baxdı.
           Bir dəfə, iki dəfə, üç dəfə və qız güclə sezilən nöqtəyə çevriləndə peşmanlığı da keçdi.
           Hətta Sudəyə növbəti dəfə haqsızlıq etmədiyi üçün sevindi də. Sonra asta addımlarla
           yoluna davam elədi.











                                                                                331
   326   327   328   329   330   331   332   333   334   335   336