Page 367 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 367

Tükəzin sinəsini. Tükəzin huşu çıxmışdı başından. Sonra nələr olmuşdusa, öz-özünə
           olmuşdu, Bayramdan xəbərsiz, Tükəzdən xəbərsiz... Tükəz çimib tövlədən çıxanda mat
           qalmışdı gəlinlər. Bircə saatın içində Tükəz necə gözəlləşmişdi, İlahi!
               Tükəz arvad bunları xatırlaya-xatırlaya yerində qıvrılırdı. Qıvrıldıqca da həmin ilıq
           bir şey dolaşırdı canında...
               Səhərə kimi gözünü qırpmamışdı Mustafa kişi. Eləcə yerində o üzə-bu üzə fırlanıb
           durmuşdu. Ev adamları da mat qalmışdılar bu işə. Odur ki, atası Sitarəni göndərmişdi
           ki, get, gör, dədəm salamatdımı? Sitarə də gəlib dayanmışdı, Mustafa kişinin başının
           üstündə, demişdi ki, ay baba, atam deyir, get, gör, dədəm salamatdımı? Mustafa kişi
           də demişdi ki, get denən, salamatdı. Bax beləcə, günlərlə yerindən qalxmamışdı
           Mustafa kişi. Nə dərdi bilinirdi, nə dərmanı. Bu nə sirr idi, heç Allah da baş açmazdı.
               Günlərin bir günü kəndə söz yayıldı ki, bu gecə filankəsin qoyunları yoxa çıxıb.
           Mustafa kişinin qulağı aldı bu sözü. Durub çəliyinə dirənə-dirənə çıxdı həyətə. Gəlib
           bu tut ağacının altında oturdu eləcənə. Dedi, mənə bir çay verin, indicə Şahsuvar
           müəllim gələcək, bazara gedəcəm onunla. Amma bir xəbər çıxmadı Şahsuvar
           müəllimdən, nə özü gəldi, nə adam göndərdi. Bax beləcə, axşama qədər Şahsuvar
           müəllimdən xəbər gözlədi Mustafa kişi. Papirosu papirosa caladı, qurcuxa-qurcuxa
           durdu yerində. Dindirəndə dindi, dindirməyəndə eləcə kirimişcə oturdu. Bir tikə
           keçmədi boğazından. Gecənin bir vədəsi elə çəliyini o tut ağacının altındaca tullayıb
           yollandı yerinə. Səhərəcən zarıdı eləcə. Səsini eşidən olmadı. Gecə ilə səhərin arasında  Tanımal Mustafa
           torpaq hələ canındakı istiliyi son nəfəs kimi havaya tapşırmamışdan bir xeyli qabaq
           gözlərini yumdu Mustafa kişi... Həmin günün axşamı ev adamları xəbər tutdular ki,
           Mustafa kişi daha bu dünyalıq deyil. Hay düşdü kəndə. Şahsuvar müəllim də özünü ye-
           tirdi. Dedi ki, rəhmətliyin bütün yas xərci mənim boynuma, öz sözünə də əməl etdi
           sonra.
               Şenlik Mustafa kişini torpağa tapşırıb qayıdanda kəndin qulağına çathaçatda kimsə
           sükutu pozdu:                                                                 İkinci Mahmud.
               – Həə! Mustafa kişi də belə getdi! Rəhmətliyin ağlı zayıllamışdı axır vaxtlar! Ey gidi
           dünya!
               Hamı da bir nəfər kimi bu sözü təsdiq etdi:
               – Həə, yaman zayıllamışdı...








                                                                                367
   362   363   364   365   366   367   368   369   370   371   372