Page 363 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 363

Camaat yenə hırıldadı. Amma bu hırıldamaq bir başqa hırıldamaq idi. Şahsuvar
           müəllim zarafat etmək qərarına gəldi, direktorla arasının açıq olmağından istifadə edib
           dedi:
               – A Mustafa kişi, bunu gedib Abdulla müəllimin anası Tükəz xaladan  soruşmaq
           lazımdı.
               Dedi və qəhqəhə çəkdi. Öz zarafatı özünə yaman xoş gəldi. Camaat da ona qoşulub
           bir az da bərkdən gülüşdü. Abdulla müəllim də güldü. Bircə Mustafa kişi gülmədi.
           Yaman qaraldı qanı tanımal Mustafanın. Elə bil ayaqları büdrəyən kimi oldu, ağırlığını
           çəliyinin üstünə saldı...

               Məclis get-gedə qızışdı, şişlər dolu gəldi, boş qayıtdı. Sifətlər qızardı, səslər daha
           gur çıxmağa başladı. Uşaqlar doyunca kababdan yeyib “dava-dava” oynamağa
           yollandılar. Bayaqkı əhvalat elə bil adamların yadından çıxan kimi oldu. Mustafa kişi
           qabağındakı arağı başına çəkib ağzını əlinin dalı ilə sildi. Çəliyinə dirənib durdu ayağa.
           Bir xeyli eləcənə Abdulla müəllimin üzünə baxıb durdu. Sonra çəliyini masanın üstünə
           elə çırpdı ki, bir dənə salamat qab qalmadı. Ağzı köpükləndi Mustafa kişinin. Əlini
           havada yelləyə-yelləyə bağırdı. Elə bağırdı ki, deyərdin, kişinin başına hava gəlib:
               – Köpək uşağı! Mustafa kişiyəm ey, mən! Sizə deyirəm ki, doxdur Bayramın
           oğludur!
               Heç kim bir söz demədi, eləcə durub baxdılar. Şahsuvar müəllim arxaya söykənib
           əlini qarnının üstünə qoydu. Bir kədər gəlib yapışdı sifətinə:                Tanımal Mustafa
               – Ay Mustafa kişi – dedi. Yox, vallah qocalırsan! Heyif sənnən! Qocalıq axmaq
           şeymiş...
               Sonra çappasını əlinə alıb ayağa durdu, baxışlarını uzaqlara zilləyib Mustafa kişinin
           cavanlığından danışdı. Təklif etdi ki, bu çappanı onun sağlığına içsinlər, Mustafa kişinin.
           Yaxşı şeylər danışdı, di gəl ki, Mustafa kişidən başqa, bir Allah bəndəsi rəisin onun
           haqqında keçmiş zamanda danışdığına diqqət etmədi. Heç kim rəisin “yaman tanımal
           kişiydi Mustafa kişi” deməyini eşitmədi. Mustafa kişi gəlib Abdulla müəllimin qabağında  İkinci Mahmud.
           dayandı. Yazıq-yazıq baxdı direktorun üzünə. Dili söz tutmadı, birtəhər özünü toplayıb
           Abdulla müəllimi yola gətirməyə çalışdı:
               – Ay oğul, – dedi. – Gəl daşı tök ətəyindən. Düzünü de, sən o bir olan Allah, sən
           doxdur Bayramın oğlu deyilsənmi?
               Hamı gülüşdü bu sözə. Abdulla müəllim pərt olan kimi oldu. Yox, dedi, ağsaqqal,
           Əvəzin oğluyam. Yanlışın var. Mustafa kişi havalandı bu sözdən. Söyməyə başladı
           hamını, nə arvad qandı, nə uşaq. Eləcənə söydü gözü gördüyünü. Ağzı köpükləndi. Dili
           topuq vurdu. Gözünə qaranlıq çökdü Mustafa kişinin. Qulağına Şahsuvar müəllimin
           səsi gələr kimi oldu:

                                                                                363
   358   359   360   361   362   363   364   365   366   367   368