Page 365 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 365

əriyirdi, əyirib çöpə dönmüşdü bu iki ildə. Nə dərdi bilinirdi, nə dərmanı. 15 yaşı vardı
           Tükəzin Əvəz götürüb qaçanda. Çox oğlanların tamahı vardı Tükəzdə. Bir axşam Əvəz
           qolunu burub basmışdı bu qızı maşına. Demişdi, səni özümə arvad edəcəm. Tükəz
           özünü yerdən-yerə vurmuşdu, demişdi ki, get, anqır, tayını tap, yaxın qoymamışdı
           Əvəzi. Sonra arvadlar yığışıb dilə tutmuşdular, demişdilər ki, a bala, daha bundan sonra
           səni alan olmaz, gəl daşı tök ətəyindən. İnad eləmə! Yenə dönməmişdi Tükəz
           dediyindən. Günlərlə ac saxlamışdılar qızı. Bax eləcənə kilidli qapı dalında Tükəz
           günlərlə ağlayıb durmuşdu. Bir axşam baxmışdılar ki, qız sakitləşib. Birtəhər yola
           gətirmişdilər Tükəzi. Əvəz həmin gecə dadına baxmışdı qızın. Elə həmin gecə də tutub
           dama basmışdılar Əvəzi. Məhkəmə qurulmuşdu, 9 il iş kəsmişdilər. Tükəz sevinmişdi,
           elə bilmişdi ki, ata evinə qayıdacaq. Amma atası razı olmamışdı. Bax beləcə Tükəz illərlə
           Əvəzin yolunu gözləmişdi. Bir adama baxmamışdı, elə oturub-durub Əvəzi
           düşünmüşdü. Sevmişdi Əvəzi yavaş-yavaş xəyallarında, özünə ər bilmişdi. Gecələr
           yerinə girən kimi, Əvəzin qayıdacağı günü xəyal etmişdi. Qıvrılmışdı yerindəcə.
           Mütəkkəni baldırının arasına sıxıb yatmışdı eləcənə axşamlar.
               9 ilin tamamına az qalmış Əvəz qayıtmışdı qazamatdan. Əvvəlki Əvəzdən əsər-
           əlamət yox idi. Yaman sınıxmışdı. Hamıdan çox Tükəz sevinmişdi bu işə. Oturub eləcənə
           gecənin düşməyini gözləmişdi. Birinci gecə Əvəz gəlməmişdi yerinə.
               Səhərəcən içmişdi tay-tuşlarıyla üzümlükdə. İkinci gecə də girib yerinə dalını
           çevirmişdi Tükəzə, bir kəlmə nədi, kəsməmişdi. Səhərəcən Tükəzin gözünə yuxu
           getməmişdi. Üçüncü gecə Tükəz yenə bəzənib-düzənib yatağına uzanmışdı, Əvəzin yo-  Tanımal Mustafa
           lunu gözləmişdi. Güllü gecə paltarında qarşılamışdı Əvəzi. İçəri girən kimi boynuna
           sarılmışdı. Əvəz də qarşılıq vermişdi Tükəzə. Amma Tükəzin gözlədiyi olmamışdı,
           eləcənə əlləşdirib durmuşdu. Əlləşdirdikcə də tər basmışdı Əvəzi, getdikcə əsəbiləş -
           mişdi. Sonra beyninə nə yerləşmişdisə, Tükəzə bir şillə vurub çıxmışdı otaqdan. Gecənin
           bir aləmi qayıtmışdı yerinə. Görmüşdü ki, Tükəz eləcənə uzanıb yerində. Ayın işığında
           Tükəzin baldırları dəymişdi gözünə. Gəlib girmişdi yerinə. Tükəzi arxadan qucaqlayıb
           sıxmışdı özünə, əlləşdirməyə başlamışdı sinəsini. Tükəzin huşu çıxmışdı başından.  İkinci Mahmud.
           Gözlərini yumub qıvrılmışdı yerindəcə. Sonra Əvəz birdən-birə havalanmışdı elə bil,
           otaqda nə var idisə, başına endirmişdi Tükəzin. Bax beləcə iki il dözmüşdü Tükəz. Hər
           gecə inilti səsləri, çığır-bağır. Hamı elə bilmişdi ki, 9 ilin heyifini çıxır Tükəzlə Əvəz. Hamı
           həsəd aparmışdı bu işə. Əvəzin qardaşları da, qardaşı arvadları da. O biri gəlinlər paxıllıq
           etmişdilər  Tükəzə, hamısı öz ərinin qarasınca danışmışdı, demişdi ki, kül bizimkinin
           başına. Bax beləcə Tükəz dərdini deməyə bir Allah bəndəsi tapmamışdı. İçi özünü
           yandırmışdı, çölü özgəni. Əriyib çöpə dönmüşdü günü-gündən. Üzünə qırışlar
           düşmüşdü bu cavan yaşında. Camaat sonsuzluğuna yozmuşdu Tükəzin dərdini.

                                                                                365
   360   361   362   363   364   365   366   367   368   369   370