Page 375 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 375

Gənc qadının və Şaxta Babanın qətli


                                            Gülgün
               Üç yaşım vardı, ona görə də danışdıqlarımın çoxu yadımda deyil.
               Yeni ilə az qalmışdı, anam mənlə Gülnurəni Şaxta Babanın yanına apardı.
               Atam o vaxt Moskvada idi.
               Şaxta Babaya “Keçi” şeirini dedim.
               Şaxta Baba mənə konfet verdi.
               Şəkil də çəkdirdik.
               O şəkil indi də məndə durur.
               Anam boz plaşındadır, mən qucağındayam.
               Bacım da yanımızda dayanıb, arxada isə Şaxta Baba.
               Bir əli anamın çiynindədir, bir əli də bacımın.
               Qar qız yoxdu nədənsə.
               Ana dedi ki, gülün, mən də gülürdüm, bacı da.
               Şəkli ataya göndərdik.
               Bayram gecəsi atayla danışdım.
               Ona da dedim “Keçi” şeirini.                                              Hekayələr
               Bacı da dərslərindən danışdı ataya.
               Ataya məktubu bacı yazırdı həmişə.
                                                                                         Qan Turalı.
               Anam deyirdi, bacı yazırdı.

               Bayramdan üç-dörd gün sonra ata gəldi.
               Bizə deməmişdi gələcəyini.
               Qapını döydü, bizi heç öpməmiş ananın üstünə qışqırdı, güldanı ona atdı.
               Bacıyla mən başladıq ağlamağa.
               Biz qorxduq, qonşumuz Gülnaz xala gəldi.
               Bizi apardı.
               Daha anamızı görmədik.
               Atamızı da.
               Anamı həkimlər apardı, atamı polislər.
               Biz nənəgildə qaldıq.





                                                                                375
   370   371   372   373   374   375   376   377   378   379   380