Page 376 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 376

Gənc yazarların ədəbiyyat almanaxı

                                              Şaxta Baba


                   İncəsənət Universitetində oxuyanda Aydını oynamaq istəyirdim. Ən böyük arzum
               bu idi. Təyinatımı M. şəhərindəki teatra verdilər. Kefim pozulmadı. O qədər böyük ak-
               tyor sənətə əyalətdə başlayıb, sonra parlayıb ki.
                   Amma burda işlərim düz gətirmədi. Düzəməlli bir tamaşa qoyulmurdu. İcra
               başçısının atası dramaturq idi. Ancaq onun əsərlərini qoyurdular. Polisin rəşadəti,
               Qarabağ, vətənpərvərlik haqda dramlar yazırdı. Mənə də elə-belə rollar verirdilər. Cəmi
               150 manat maaş alırdım. Yarıac dolanırdım. Toya da getməyə ürəyim gəlmirdi. Bütün
               boş vaxtımda kitab oxuyurdum. Rayon kitabxanasında kitab qoymamışdım. Axırda evə
               internet çəkdirib kompüterlə oxumağa başladım.
                   Bir gün bir dram yazdım. Onu rejissora göstərdim. Oxudu. Dedi sonra qoyarıq.
               Sonra ondan dramı istədim. Nə qədər axtardısa, tapa bilmədi. Dedi itirmişəm. Yaxşı ki,
               kompüterimdə vardı. Bir müddət sonra dram səhnəyə qoyuldu. Amma müəllif yerində
               icra başçısının atasının adı vardı. Əvvəlcə xeyli əsəbiləşdim. Sonra vecimə almadım.
               Yaxşı ki, baş rolu mənə verdilər. Pis oynamadım. Premyeradan sonra müəllif bizi
               qonaqlığa apardı. Cibimə yüz manat qoyub dedi ki, nə problemin olsa, zəng vur.
               Təşəkkür elədim.
                   Kirayə pulunun əlindən cana yığılmışdım. Bir gün baş rejissor məni yanına çağırdı.
               Dedi ki, gözətçi ştatı almışam, onu sənə verim, gecə də burda qalarsan. Razılaşdım.
               Kitablarımı, kompüterimi gətirdim. Gəlirim də 100 manat qalxdı.
                   Baş rejissor hamımıza Şaxta Baba paltarı aldı. Dedi, bundan sonra kim istəsə, evlərə
               gedib Şaxta Babalıq edəcək. Aktrisa az olduğu üçün Şaxta Babaların çoxu tək işləyirdi.
               Qar Qızla bir yerdə 40, təkcə Şaxta Baba üçün isə 20 manat alırdıq. Pulun da yarısı
               teatrın idi. Yarım saata 10 manat qazanırdım.
                   Sonra məni göndərdilər Parkdakı yolkanın yanına. Günə 30-40 manat pul
               qazanırdım. Uşaqlara şeir dedizdirirdim, onları əyləndirirdim. Bir dəfə iki oğlu ilə gələn
               ata mənə 50 manat verdi. Öz şəhərimdə, yəqin ki, park Şaxta Babası olmağa razı
               olmazdım, utanardım. Amma burda məni teatrın işçilərindən başqa, heç kim tanımırdı.
                   Bir gün iki qızla anası gəldi. Qızın biri balaca, o birisi böyük idi. Şeir dedilər, onlara
               konfet verdim. Anası mənə gizlicə iki bağlama verdi. Onu da uşaqlara verdim. Sonra
               şəkil çəkdirdik. Sağollaşıb getdilər. Balacanın üzü elə gülürdü ki, səhərki dilxorçuluğum
               da keçdi.
                   Dörd-beş gün sonra bir cavan oğlan gəldi. Əlində də bir şəkil. Soruşdu ki, bu
               sənsən? Qızların anaları ilə çəkdirdiyim şəkil idi. Dedim ki, hə, mənəm. Cibindən
               376
   371   372   373   374   375   376   377   378   379   380   381