Page 377 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 377

çıxartdığı bıçağı ürəyimə soxdu. “Sən kimsən ki, əlini mənim arvadımın çiyninə qoyur-
           san?” Eşitdiyim son söz bu oldu. Yerə yıxıldım.
               Xəstəxanada ayıldım. Bir ay xəstəxanada yatdım.


                                             Nailə


               Məktəbdə yaxşı oxuyurdum. Jurnalist olmaq istəyirdim. Şeir də yazırdım. Amma
           heç kimə göstərmirdim. O, əmim oğlu idi. Məndən beş yaş böyük idi. Onlar kənddə
           yaşayırdılar, biz M. şəhərində. Uşaq vaxtı bir yerdə çox oynamışdıq.
               Məktəbi qurtarıb qardaşlarının yanına, Moskvaya getdi. Mən 11-ci sinifdə oxu -
           yanda qayıtdı. Bizə gəldi. Görüşdük. Hədiyyələr gətirmişdi. Şokoladlar, konfetlər, kol-
           basalar... Mənə əl vermədi. Dedim, yəqin, böyümüşəm, artıq utanır.
               Sabahısı gün anam məni mətbəxə çəkdi. Dedi, Elman səninlə evlənmək istəyir. Razı
           olmadım. Dedim, universitetdə oxumaq istəyirəm. Anam da qayıtdı ki, onsuz da bizim
           səni oxutdurmağa imkanımız olmayacaq, Elman səni Moskvada oxutduracaq. Rus sek-
           torunda oxuyurdum. Moskvada universitet oxuyacağım arzusuyla qanadlandım. Elman
           da razılaşdı. Məni gəzməyə dəvət elədi. Onda dedi ki, özüm oxumamışam, heç olmasa
           sən oxu. Səylə imtahanlara hazırlaşdım. Moskva Dövlət Universitetinə daxil oldum.  Hekayələr
           Yayda toyum oldu. Bir yerdə getdik Moskvaya.
               Universitet evimizdən çox uzaq idi. Amma hər gün dərsə gedirdim, yaxşı da oxu -
           yurdum. Amma bir gün Elmanın üzü döndü. Evə gəlib məni döydü, dedi ki, hamı lağ
           edir mənə. Deyirlər ki, yaxşı kişinin arvadı hər gün dərsə gedib başqa kişilərlə oturmaz.  Qan Turalı.
           Mən təslim olmadım. Dərsə getməyə davam elədim. Hər gün davamız düşürdü. Axırda
           təslim oldum. Başqa neyləyə bilərdim ki? Bu yad, böyük şəhərdə öz gücümə necə qala
           bilərdim?
               Birinci kursun axırında hamilə idim. Ərizə yazıb fasilə götürdüm. Gülnur doğuldu.
           O, üç yaşına çatmamış Gülgün də doğuldu. Gülnurun məktəb yaşı çatanda Elman dedi
           ki, mən Moskvada qız oxuda bilmərəm. Qızlarımı da götürüb M.-ə qayıtdım. Elman da
           4-5 aydan bir gəlib bir həftə, on gün qalırdı. Bizə vaxtlı-vaxtında pul da göndərirdi.
               Nəhayət, o gün... Gülnur ağlayırdı ki, məni Şaxta Babaya apar. Ağlı hələ kəsməyən
           Gülgün də ona qoşulmuşdu. Qızlarımı götürüb apardım parka. Şaxta Babaya şeir
           dedilər. Əvvəlcədən özüm düzəltdiyim hədiyyələri gizlicə Şaxta Babaya verdim. Qızlarım
           çox sevinmişdilər. Şəkil çəkdirdik. Şaxta Baba əsasını tutduğu əlini yüngülcə çiynimə
           qoymuşdu. İki nüsxə çıxartdırdım şəkli. Axşam qızıma yazdırdığım məktubla bir yerdə
                                                                                377
   372   373   374   375   376   377   378   379   380   381   382