Page 162 - Əlifba
P. 162

– Sabah yanıma gәlәrsiniz,  hәrәniz dә özünüzlә barmaq yoğunluğunda bir
                  nar çubuğu gәtirәrsiniz, – dedi.
                       Oğlanlar «baş üstә» deyib getdilәr. Sәhәr atalarının yanına gәlәndә,
                  hәrәsinin әlindә bir nar çubuğu var idi.

                     Ata yeddi nar çubuğunu әlinә alıb dәstәlәdi, ortasından möhkәm bir iplә
                  bağladı vә oğlanlarına verib dedi:
                     – Gücünüzü sınayın görüm, bunu hansınız sındıra bilәrsiniz?
                       Qardaşlar nә qәdәr çalışdılar, heç biri çubuq dәstәsini qıra bilmәdi.
                     Ata çubuq dәstәsini onlardan alıb açdı, bu dәfә çubuqları onlara tәk-tәk

                  verdi vә dedi:
                     – İndi bu çubuqları qırın görüm, qıra bilirsinizmi?
                      Qardaşlar hәrәsi bir çubuğu әlinә alıb qatlayan kimi, çubuqlar iki bölündü.
                     –    Bu çubuqları qırmaqda mәqsәdin nәdir ata? – Oğlanlar dedi. – Bu işdәn
                  bizi agah et!
                       Qoca onlara belә cavab verdi:

                       – Bu çubuqlar siz – yeddi qardaşsınız. Nә qәdәr ki, bir-birinә bağlanmış
                  bu çubuqlar kimi bir yerdәsiniz, kefikök, damağıçağ dolanacaqsınız. Heç
                  kimin dә sizә gücü çatmayacaq. Elә ki bir-birinizdәn ayrıldınız, düşmәnlәr
                  sizi tәklәyәcәk. Odur ki, gәlin, bir-birinizdәn uzaq gәzmәyin, bir-birinizin
                  sözündәn çıxmayın. Onda güclü vә xoşbәxt olarsınız.

                       Qardaşlar atalarının bu nәsihәtindәn sonra yenidәn birlәşdilәr, bir-birinә
                  kömәk etmәyә, günlәrini xoş keçirmәyә, mehriban yaşamağa başladılar.
                     O gündәn düşmәn onlara yaxın durmadı, heç kim yeddi qardaşın qabağına
                  çıxa bilmәdi.
                     Qardaşlar anladılar ki, doğrudan da, güc birlikdәdir.


                  1. Nağılı danış.
                  2. Bu hekayәtin mәnası nәdir?
                  3. «imarәt», «hәsәd aparırdılar» ifadәlәrini cümlәdә işlәt.
                  4. «kefikök», «damağıçağ» sözlәrinin әvәzini tap vә onlara uyğun cümlәlәr qur.

                      Dәftәrinә köçür


                  Qardaşlar atalarının nәsihәtindәn sonra yenidәn bir -

                  lәş dilәr. Bir-birinә kömәk etmәyә, günlәrini xoş keçir -

                           mә yә, mehriban yaşamağa başladılar. Qardaşlar

                           anladılar ki, doğrudan da, güc birlikdәdir.
                 162
   157   158   159   160   161   162   163   164   165