Page 158 - Əlifba
P. 158

– Yaxşı, de görüm, orada – sizin kәnddә mәnim işim nә olacaq? – soruşur.

                     Köpәk  cavabında:
                     – Orada çәtin bir iş yoxdur, – deyir. – Sәn sadәcә evin keşiyini çәkәcәksәn,

                  oğruları qovacaqsan vә sahibinә quyruq bulayacaqsan. Bunun әvәzindә, bolluq
                  içindә yaşayacaqsan.

                     Canavar sevincindәn nә edәcәyini bilmir:
                     – Mәnim istәdiyim dә elә budur, – deyir. – Mәni özünlә aparsan, sәnә

                  minnәtdar olaram.
                     Onlar birlikdә yola düzәlirlәr. Bir müddәt gedәndәn sonra canavar köpәyin

                  boynunun tüklәrinin töküldüyünü görüb soruşur:
                     – Bәs boynunun tükü niyә tökülüb?

                     Köpәk başını silkәlәyib:
                     – Heç, boş şeydi, – cavab verir.

                     – Bәzәn olur ki, boynumuza xalta keçirib bizi zәncirlәyirlәr. Bu, hәmin
                  xaltanın izidir. Әvvәl bir az incidir,  amma sonra alışırsan.

                     Canavar köpәyin bu sözündәn dәrin fikrә gedir, bir qәdәr düşündükdәn
                  sonra:

                     – Yox, dostum, – deyir, – isti koma, bol yemәk, әlbәttә ki, çox yaxşıdır.
                  Amma rahat gәzib-dolanmaq nәyә desәn dәyәr. Mәn öz azadlığımı heç nәyә

                  dәyişmәrәm, – vә arxaya baxmadan meşәyә tәrәf götürülür.



                   1. Yazıçı ac canavarı vә tox köpәyi necә tәsvir edir?
                   2. Köpәyin boynunun tükü nәdәn tökülmüşdü?
                   3. Niyә ac canavar tox köpәklә getmәdi?
                   4. «quyruq bulayacaqsan» ifadәsini necә anladın?
                   5. Mәtndә «arıq» sözünün yerinә hansı söz işlәdilib?


                               Dәftәrinә köçür


                           Azadlıq hәr bir nemәtdәn üstündür.

                           Bir il azad yaşamaq, yüz il kölә kimi yaşamaq -

                           dan üstündür.



                 158
   153   154   155   156   157   158   159   160   161   162   163