Elektron ədəbiyyat və sənət portalı

Çernobılda 3 gün və ya ...

Davamı

Yeni sovet hakimiyyəti kütlələrin şüuruna təsir aləti saydığı kinematoqrafiyanın dirçəldilməsi üçün ciddi tədbirlər görürdü. Xüsusilə, 1923-cü ilin əvvəllərində Azərbaycan Foto-Kino İdarəsinin (AFKİ)sədri təyin olunmuş Hənəfi Terequlov qısa müddət ərzində çəkiləcək filmlərin planını tərtib etmiş, maliyyə vəsaiti  tapmaq üçün qızğın fəaliyyətə başlamışdı. Həmin plana «Qız qalası» (əfsanə), «Hacı Murad» (Lev Tolstoyun mətni), «Leyli və Məcnun» (Şərq nağılı) bədii lentləri də daxil idi. AFKİ (Svoboda küçəsi, 3-də, kino-fabrik isə Şərq xalqları küçəsi, 28-də yerləşirdi) yalnız ildə bir film istehsal etmək imkanına malik olduğundan, ilk Azərbaycan sovet bədii ekran əsəri bu üç filmdən biri olmalı idi.

Davamı

Azərbaycanda onu tanımayan yoxdur. Tanımaq azdır, bu adın çəkilməsi kifayətdir ki, dodaqlara gülüş qonsun, adamların üzünün qırışığı açılsın, əzazil, amma sevimli Cənnət xala (“Qayınana”), kişilərdən ehtiyat edən, mehrini toyuq-cücələrə salan sadəlövh Züleyxa (“Ulduz”), türkəçarələrə aid məşhur sitatıyla yadda qalan Fatmanisə (“Ögey ana”), yeri düşdü-düşmədi hər yerdə bazar açan Qızbacı (“Hicran”) və başqa məşhur obrazları göz önünə gəlsin. Artıq bildiniz, deməyə ehtiyac yoxdur, söhbət əvəzolunmaz Nəsibə Zeynalovadan gedir - Azərbaycanın Xalq artistindən, böyük komediya ustasından.

Qəribədir, amma adətən elə belə də olur – komediya ustalarının həyatı heç də asan keçmir. Bu həftə 100 illiyini qeyd etdiyimiz Nəsibə Zeynalova da bu sırada istisna deyil..

Davamı

Son illər Qarabağ müharibəsi mövzusunun Azərbaycan kinematoqrafiyasında həlli ciddi müzakirələr  doğurur. Şübhəsiz ki, vətənpərvərlik ruhlu filmlərə ciddi ehtiyac var. Amma istənilən film milli, regional problemləri elə işıqlandırmalıdır ki, dünyada qəbul oluna bilsin. Təbii ki, müharibə bütün bəşəriyyətin problemidir. Amma hər müharibə filmi sənət əsəri kimi gözlənilən effekti verməyə də bilər. Məsələn, aşırı pafos və şovinist çağırışların səsləndirildiyi əsərlər konyuktur məzmun daşıyır, yalnız bir xalq üçün aktual olur, dünyanın malına çevrilmir.

Davamı

1915-1917-ci illər Azərbaycanda mənəvi, mədəni və inqilabi yüksəliş dövrü idi. Milli oyanış, iqtisadi tərəqqi, sosial çaxnaşmalar ədəbiyyatda, incəsənətdə və mətbuatda mühüm hadisələrlə müşayiət olunurdu. Hələ də davam edən Birinci dünya müharibəsinin məhrumiyyətləri mədəniyyətin tərəqqisinin qarşısını almaq iqtidarında deyildi. Üç nəhəng siyasi-mənəvi məkanın – Rusiya, Türkiyə və İranın əhatəsində yerləşən Azərbaycan məmləkətində müstəqillik arzularının ilk işartıları görünməkdəydi. Çökməkdə olan Rusiya imperiyası bu tarixi zərurətə mane ola bilməsə də, doğurduğu bolşevizm ideyası ilə əsarət buxovlarının parçalanmasına imkan verməməyə can atırdı.

Davamı

Fransanın Altkirş, Evian və Montero şəhərlərində Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, bu ölkədəki səfirliyimizin, Paris Azərbaycan Evinin və bu şəhərlərin meriyalarının dəstəyi ilə mədəniyyətimizin təbliğ olunması istiqamətində silsilə tədbirlər keçirilib.

Davamı

Aprelin 20-də Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, Xalq artisti Nəsibə Zeynalovanın 100 illiyi tamam olacaq. Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Musiqili Teatrı ilə birgə tədbirlər həyata keçirəcək.

Davamı

Heydər Əliyev Fondunun dəstəyi multikultural dünyada yüksək dəyərləndirilir

Davamı