Page 16 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 16

Gənc yazarların ədəbiyyat almanaxı

                                 bütün bunlardan bir sabah hazırlamalıydı:
                                 ümidli,
                                 işıqlı,
                                 xoşbəxt bir sabah.

                   Bəli, xanımlar ən çox sevgi(sizlik!)dən yazırlar: Elnaz Eyvazlı və Rəbiqə Nazimqızı
               tənhalığa məhkum qadının ağrılarını poe k registrasiyadan keçirir; Moskvada
               yaşayan Nilufər Şıxlının qəhrəmanı isə, əksinə, bu tənhalığı özü arzulayır, amma
               sevgilisi ilə birlikdə, gözdən-qulaqdan uzaq, idillik bir adada və bu arzu onun
               Azərbaycanda yaşamadığını bilmək üçün oxucuya kifayət edir; milli şeirin Safosu,
               Silviya Pla , ən azı Vera Pavlovası olmaq iddiasında bulunan, freydist  ladlarda
               gəzişmələri sevən Sevinc Elsevər sevginin ero k, fizioloji yönlərini daha çox
               qabardır.  Sevincin qəhrəmanının ero zmi bəzən aşırı sınırlara varır. O, hə	a şəhid
               olmuş kişiyə də qəhrəmanlığına görə yox, yaraşığına görə, ero k baxımdan dəyər
               verir:


                                 Cəbhədə öldürülən
                                 kişilərin arasından
                                 birinin şəkli üzərində
                                 saxladı barmağını
                                 dırnağı qırmızı boyalı qadın
                                 "Nə qəşəng oğlanı öldürüblər!" – dedi.


                   "Erkəklər", "Qadın peyğəmbər",  "Doğulacaq qadın", "Qadınların kitabı",
               "Kişilərin kitabı"...  Aysel Əlizadənin bu şeir, nəsr və tərcümə kitablarının təkcə elə
               adları göstərir ki, bədii ədəbiyyatda qadın mövzusu onun düşüncəsində özünün
               sadəcə bədii yox, həm də nəzəri-ideoloji dərkinə ça r, açıq-aşkar feminzm şəkli
               alır. Gələcək ardıcıllarına poe k vəsiyyətnaməsindən isə görünür ki, Aysel özü də
               özünü çağdaş Azərbaycan feminizminin  bayraqdarlarından biri kimi qavrayır:

                                 Məndən sonra doğulacaq qadın,
                                 ruhumu vəsiyyət edirəm sənə...
                                 Gələn bütün kişiləri,
                                 şeirlərimi,
                                 bir də sevgimi vəsiyyət edirəm.

               16
   11   12   13   14   15   16   17   18   19   20   21