Page 21 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 21

Gənc nasir  qeyri-realdan gerçəkcəsinə danışır, magik realizm də buradan
           doğur. Hansısa bir kənddə bir müəllim məlum olmayan səbəbdən özünü ağacdan
           asır və kənd əhalisi yeddidən yetmişəcən onun meyi ni soyur – biri pencəyini, biri
           ayaqqabısını çıxarır, biri, hə	a boğazından kəndiri açır... Başını ölmüş kişinin
           qarnına dayayıb yatan küçükdən başqa, onun halına yanan olmur. Bu küçük
           böyüyüb it olur və kəndi cəzalandırır. Kənddən hər gün bir adamın meyi  çıxır...
               Vüsalın mətnində bir neçə cəhət diqqə  çəkir. Onun sözünün sehri var və bu,
           istedad əlamə dir. Mirmehdi və ya Müşfiqdən fərqli olaraq, Vüsalda bu missiyanın
           icraçısı göylərin yox, yeral  Aid aləmin təmsilçisi – cəhənnəm köpəyidir.  Bu, ar q
           inanc məsələsidir. Təhkiyəçinin faciəli olaydan şən diksiya ilə danışması hesabına
           hekayədən doğan ağır ovqat önəmli dərəcədə zəifləyir. Bu isə bəlli bir nəsr
           təcrübəsinin göstəricisidir.
               Mətləb Muxtarovun "Araba sahibindən sa lıkdır" hekayəsinin istər zaman,
           istərsə də məkanı məlumdur – 90-cı illər,  Bakı. Hekayə tarix müəllimi olan bir
           türkün öz ailəsi ilə Azərbaycana gəlməsi, bir müddət burada işləməsi, amma
           saxtakarlıq etmədiyi üçün məktəbdəkilərlə düz gəlməyib, yenidən Türkiyəyə
           qayıtmasından danışır. Əksər yerli adamların türkə və onun ailəsinə soyuq
           yanaşmasına, məhəllə uşaqlarının türkün oğlunu döyməsinə baxmayaraq, onlar
           "yadelli" tarix müəllimindən üç önəmli şey öyrənirlər – dinə, milli dilə və milli
           tarixə sayğı. Hekayə, ateizm və sosializmdən yeni mənəvi və siyasi duruma
           keçidimizdən,  dini və milli köklərimizə qayıdışımızdan sadəlöhv uşaq təsəvvürü
           ilə danışır. Çünki o illərdə həm müəllif, həm də müstəqilliymiz öz uşaqlığını
           yaşayırdı. Olayın uşaq dilindən nəqli, özəlliklə də türkün oğlunu döymüş məhəllə
           uşaqlarının dərin peşmançılığı hekayəyə kövrək, səmimi hava gə rir. Lakin bu
           kövrəklik primi v, bayağı sen mentalizmə çevrilmir. Məncə, bu hekayədə Mətləbin
           ən böyük uğuru elə budur – insan duyğularındakı kübar zərifliyini həssaslıqla verə
           bilmək.
               Əgər Mətləbin hekayəsi keçid dövrü adamının mənəvi problemlərinə güzgü
           tutursa, Cavid Zeynallının "Coğrafiya müəlliminin pencəyi" hekayəsi keçid dövrü
           adamının güzəran sorunları və bundan doğan mənəvi ağrılarından danışır. Hekayənin
           sıxılmış yay kimi gərgin daxili drama zmi, psixodinamikası var. İtkiyə uğradığını
           düşünən qəhrəmanın fikirləri öncə bir yay kimi son həddəcən yığılır, sonra yavaş-
                                                                                 21
   16   17   18   19   20   21   22   23   24   25   26