Page 18 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 18

Gənc yazarların ədəbiyyat almanaxı

               sərbəst, nə ənənəvi verlibr, nə də ağ şeirdır. Bu, Puşkinin Qurana yazdığı ünlü
               nəzirələr, Buninin Quran mövzusunda yazdığı silsilə şeirlər və V.B.Odərin poe k
               dualarının da ritmi deyil. Bu, məhz Quranın səmavi üslubu üçün səciyyəvi olan səs
               ritmidir. İlk dəfədir ki, poe k sözümüzün ürəyi ilahi ritm üstündə döyünür. İnsan
               Allaha, bədii söz ilahi sözə səmavi ritm üstündə qovuşur. Qədr gecəsinin göz
               yaşları da bu vüsalın şövqündən tökülür.
                   Göz yaşları dilin yox, ürəyin sözüdür. Bu söz Ulucayın axtardığı həmin ilk dildir.
               Arzu Hüseyn bu dildə yazmasa da, bu dilin mən qi ilə düşünür. Xa rə Nurgül bu
               dili təbiə n səssizliyi, Aqşin Evrən insan nitqinin sükutunda görür. Haqlıdırlar,
               çünki içimizdəki ilahi səsi eşitmək üçün susmalıyıq. Susmalıyıq ki, o səs dilə gəlsin.
               Könüldə o, dilə gəlir. Amma Könül onu nə təbiət, nə də insanda yox, Yaradanın
               özündə tapır. O, hamının əvəzindən tövbə yaşları tökərək birbaşa bulağın gözünə
               əyilir. O, Allahın ən çox göz yaşlarına inandığına inanır. Gəlin, biz də inanaq.



                                                  ***
                   Ən son dönəm şeirimizdə yer alan mövzular gənc nasirlərin də yazılarında öz
               əksini tapır.  Yetmişillik yasaqdan sonra, axır ki, qutsal səmavi kitabların dilimizə
               çevrilməsi və ardıcıl nəşri, dünya ədəbiyya  və incəsənə  qapılarının üzümzə
               açılması 90-cı illərdən sonra formalaşan ədəbi gəncliyin dini-tarixi mövzulara
               yönəlməsi üçün ciddi özül hazırlayıb. Zərdüşt Şəfinin "Nuhun doğulması", Mirmehdi
               Ağaoğlunun "Nuhun xarra ", Müşfiq Şükürlünün "Dülgərin qövmü" hekayələri də
               bu əsasda meydana çıxıb. Ayrı-ayrı müəlliflər tərəfindən yazılmasına baxmayaraq,
               "Nuhun doğulması" və "Nuhun xarra " mövzu e bari ilə biri digərinin davamı,
               hansısa dilogiyanın hissələri təsiri bağışlayır. Gənclərin onlarla peyğəmbər arasından
               məhz Nuh mövzusuna ardıcıl müraciətləri təsadüfi deyil. Onlar yaşadıqları tufanlı
               dönəmlə Nuh tufanı arasında bir bənzəyiş görür, dini-tarixi mövzuyla çağdaşlıq
               haqqında söz demək istəyirlər.
                   Zərdüştün hekayəsi animis k ruhuyla ünlü gürcü yazarı Q.Çoxelinin hekayələrini,
               özəlliklə də, "Küknarlara məktub"u yada salır. Zərdüşt təbiətə şüurlu güc kimi
               baxır və bu, mətnə özəl mifoloji ton verir. Hekayənin fabulasında meşə adamla
               odunçu qızı arasındakı faciəli sevgi durur. İnsanların nadanlığı meşə adamın
               ölümünə səbəb olsa da, qız bətnində onun körpəsini daşıyır. Bu körpə gələcək


               18
   13   14   15   16   17   18   19   20   21   22   23