Page 19 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 19

peyğəmbər Nuhun özüdür.  Muəllifin fikrincə, Nuh tufanı insanların təbiə  və bir-
           birini anlamaması sonucunda baş verib. Bu, problemin tarixi qa dır. Çağdaş
           insanın mənəvi durumu əski çağ adamından köklü surətdə fərqlənmir və deməli,
           yeni tufan gözlənilir. Bu isə problemin çağdaş yönüdür. Təəssüf ki, Zərdüşt dünyasını
           çox erkən, yaradıcılığının başlanğıc dönəmində dəyişdi və təkcə elə "Nuhun
           doğulması" göstərir ki, onun şəxsində nəsrimiz necə bir istedadı  i rib. Ruhu şad
           olsun!
               M.Ağaoğlunun "Nuhun xarra " hekayəsi ar q tufan başlandığı gündən söz
           açır. Zərdüşt kimi Mirmehdi də tufan olayının baş qəhrəmanı Nuhu öz hekayəsinə
           qəhrəman seçmir. O, peyğəmbəri nə özü görür, nə də bizə göstərir. Bu, bədii
           mətnin ilahi mətndən birinci fərqidir. Mirmehdinin qəhrəmanı qutsal kitaba
           düşməyən adi bir anturaj – Nuhun gəmisinin xarra  Memesodur. Xarrat peyğəmbərin
           öncəgörənliyinə inanmır (?!) və sonucda özü tufandan təsadüfən xilas olsa da,
           ailəsinin məhvinə səbəb olur. Müəllifin fikrincə, yaxşılar tufanda qərq olub,
           tufandan sonrakılar əksərən Memeso kimi uzunqulaqlardır.
               Bədii mən q burada ilahi mən qdən nəinki fərqlənir, hə	a ona qarşı çıxır. Ola
           bilərmi, iman gə rənlər tufanda qərq olsun, gə rməyənlər isə təsadüfən xilas
           olsun? Axı Allah öz Kitabında əksini deyir. Allah olan yerdə  ümumən təsadüfə yer
           varmı? Mirmehdinin məqsədi dini inancın təlqini deyil, amma onu birbaşa inkar
           da eləmir. O, çağdaş mənəvi-əxlaqi sorunların ən dərin kökünə getməyə çalışır,
           istəyir desin ki, bu dünya binası özülündən xarabdır, yəni "Süleymandan, Nuhdan
           qalan dünyadır".  Dini mövzu isə müəllifə sadəcə bədii üsul kimi lazımdır, yəni
           Mirmehdi bu hekayədə də özünün həmişəki postmodern qeyri-müəyyənlik
           ampluasındadır. Bu cür yanaşmadan sonra Nuh onu, yəqin ki, öz gəmisinə
           götürməzdi. Qoy olsun, bunun əvəzinə çağdaş nəsr  tufanında ədəbiyyat onu söz
           gəmisinə götürüb.
               Zərdüşt mifə, Mirmehdi Bibliyaya üz tuturdusa, M.Şükürlü sonuncu səmavi
           kitaba – Qurani-Kərimə müraciət edir. Onun hekayəsinin qəhrəmanı dülgər Həbib
           Nəccar haqqında Quranın qəlbi sayılan "Yasin" surəsi söz açır: "Şəhərin ən ucqar
           tərəfindən bir kişi çaparaq gəlib dedi: "Ey qövmüm! Elçilərə tabe olun!" Dülgər
           Allahın elçilərini öldürmək istəyən Antakiya şəhəri sakinlərini haqqa dəvət edir və
           bu alicənab hərəkə nin bədəlini öz həya  ilə ödəyir – hiddətlənmiş kütlə onu daş-
           qalaq edir.

                                                                                 19
   14   15   16   17   18   19   20   21   22   23   24