Page 17 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 17

Bütün zahiri fərqlərinə baxmayaraq, bu yazarları birləşdirən bir məqam var –
           onlar hamısı qadından yazır və qadın kimi yazır. Könül Arif isə iki yöndən
           digərlərindən seçilir: birincisi, onun şeirlərində şüural  axın prosesini Valexasayağı
           vermək cəhdinə qədər modernist forma axtarışları var; ikincisi, onun möminə
           qəhrəmanı sevdiyi kişinin (Lorkanın!) özünün yox, sözünün saçlarını tumarlayır.
           Bu, hə	a Marina Svetayevanın sevdiyi zabi n a nın yalını tumarlaması da deyil:

                             Qadın ömrünün
                             ər dodaqlarından yorulub uzaqlaşan,
                             oğul alnını öpən,
                             qız saçlarını hörən yaşlarındayam...

                             Mənimsə əllərim
                             hələ də Uzaq Qərb limonluğunda
                             Sizin gur saçlarınızda dolaşıb-qalıb,
                             yoldaş Lorka.

               Amma Marinadan fərqli, Könülün sığal-tumarında cismanilik alt qatlara qovulub,
           sənətə sublimasiya olunub. Sənə n isə son ünvanı Allahdır. Beləcə, Lorkanın
           saçlarını tumarlayan əllər indi Allaha açılır. Çünki Lorka da, Allah da sözdür, biri
           bədii, digəri ilahi söz, biri "yalan", digəri həqiqi söz:

                             And olsun axşamçağına,
                             ikindi vax na, əsr namazına, zamana və ya
                             peyğəmbərin əsrinə ki,


                             mən idim o sübhçağı səmada!
                             Gecədən doğan Günəş kimi!

                             Gözlərimin yaşıyla yudum Qədr gecəsini...


               Şeir haqqa gəlir və poeziyamızın sözün həqiqə nə gəlməsi birinci dəfə deyil.
           Amma ilk dəfədir ki,  poeziya bu həqiqətə Quranın müqəddəs ahəngi, kosmik əda,
           səmavi ton, bir sözlə,  Allahın özünün hökmürəvan danışıq manerası, ilahi sözün
           təlqinedici siqlə  ilə gəlir. Bu, nə "Dədə Qorqud" şeiri, nə əruz, nə heca, nə ritmik

                                                                                 17
   12   13   14   15   16   17   18   19   20   21   22