Page 169 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 169
Qəm var şirindi sevincdən,
Bölməyi gəlmir adamın.
Qürur gedər öz işinə.
Bu dəm səninlə işi nə?
Vallah, vida görüşünə
Gəlməyi gəlmir adamın.
Üstümdəki toz-torpaqdan savayı...
Bu vətəndə hamı yer-yurd yiyəsi, Şeirlər
Bircə mənim bircə qarış yerim yox.
Dərd içində boğulsam deyərəm ki,
Nə xoşbəxtəm, mənim dərdim-sərim yox.
Bəlkə, mənə günahkar da deyərlər, İn qam Yaşar.
Bu havanı udduğumçün havayı.
Bircə qarış torpağım yox, yerim yox,
Üstümdəki toz-torpaqdan savayı.
Neynim, mənim qismətim də beləymiş,
“Diribaş”dan, “ağıllı”dan olmadım.
“Ağıl payı” paylananda mən yazıq,
Qapaz aldım, öz payımı almadım.
169