Page 218 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 218

Gənc yazarların ədəbiyyat almanaxı

               15.
               Yozumların həddi. Proyeksiyalar
               ovlanıb və geriyə döndərilib. Susma simvolik
               mübadilənin bir qismidirmi?
               Otuz yaşdan öncə, ya sonra
               ölən Günəş tanrıları. Müdrikliyə
               məhkum atalar və
               müdriklikə təcrübə arasında
               boşluğa məhkum atalar.
               Birincilər də, ikincilər də –
               öz müqəddəsliklərinin əsiri.
               “Bacım mənim – kilidlənmiş bağça”,
               sonsuz biliklə şirələnir
               sənin topuqların, pəncələrin, biləklərin
               ana tələsindən, dirçəlişdən kənar
               çevrə əriyərkən tərləmiş pəncərə şüşəsində.

               17.
               Baxmaq və demək, yoxsa
               görmək, amma bircə söz belə söyləyə bilməmək?
               Nə hə, nə yox?! Nida.
               ...............................................................................
               “Bu, heç nə anlamayan vaxt öz üzündəki ifadəni
               kənardan görmək kimidir”, – dedi o,
               mərkəz barədə, mərkəzin adları barəsində düşünərək.
               ...............................................................................
               [Çörək dalınca çıxmağı xahiş etdilər, göyərti də almaq lazımdır,
               sonra otaqda masanın yerini dəyişmək... Bu yolla
               mətnə nə sızır?]
               ...............................................................................
               “Amma mən on beşinci daşa inanıram”, – əlavə etdi o.
               …If you say so – məna həmişə veriləcək...
               Qrammatika + etika = ədəbiyyat


               218
   213   214   215   216   217   218   219   220   221   222   223